SİYASƏT
DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN MİQRASİYA MƏLUMAT MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlamışdır.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun verilməsi, habelə Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumatı Miqrasiya Məlumat Mərkəzindən almaq olar.
Məsləhətlər pulsuz və anonimdir. Mərkəzdə (012) 561-87-54 nömrəli “qaynar xətti” fəaliyyət göstərir.