DÖVLƏT NEFT AKADEMİYASINDA ÜMUMMİLLİ LİDERİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Neft Akademiyasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransın iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət etmişlər.
Aspirantların və gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə akademiyanın rektoru Səyavuş Qarayev ulu öndərin ömür yolundan bəhs etmişdir. Demişdir ki, Azərbaycanın dövlətçilik tarixinin 30 ildən artıq bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik siyasətçinin Azərbaycana rəhbərliyi dövrdə ictimai həyatımızın bütün sahələrində yüksək nailiyyətlər əldə edilmişdir.
Təhsil naziri Misir Mərdanov da ümummilli liderin zəngin dövlətçilik və idarəçilik irsindən danışmışdır.
Konfransın işində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]