Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub

Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri Çin İnvestisiya Korporasiyası və Suveren Fondların Beynəxalq Forumu (SFBF) tərəfindən Pekində birgə təşkil olunmuş Dayanıqlılıq seminarında iştirak edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, seminarda fondun Dayanıqlılıq üzrə mütəxəssisləri, Nigar Əzizova və Əli Hüseynov iştirak ediblər.
Nigar Əzizova müzakirələrə qatılaraq ARDNF-nin ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsipləri üzrə çərçivə sənədinin hazırlanması və müxtəlif aktivlər üzrə inteqrasiyasının dərinləşdirilməsini əhatə edən yol xəritəsini təqdim edib. Eyni zamanda o, şəffaflıq sahəsində əldə edilən irəliləyişlər, habelə xarici menecerlərlə əməkdaşlıq və bu prosesdə qarşıya çıxan çağırışlar barəsində danışıb.
Seminar zamanı SFBF üzvləri dayanıqlı investisiya təcrübələri, ESG prinsipləri üzrə şəffaflığın artırılması və suveren sərvət fondları arasında effektiv kommunikasiya mövzusunda fikir mübadiləsi aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [13:19]
® ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
- 09.07.2025 [13:14]
Bu ilin ikinci rübündə EMTA-ya 2200-ə yaxın müraciət daxil olub
- 09.07.2025 [13:02]
Yardımlı-Deman-Arvana avtomobil yolunun təmirinə başlanılıb
- 09.07.2025 [11:55]
Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı keçirilir VİDEO
- 09.07.2025 [11:26]