DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARININ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 20-dək tam yerləşdirilənə qədər Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 2 milyon 692 min 800 manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 90 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar avqustun 19-da ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.