İQTİSADİYYAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya seçkilər başa çatıb







Bakı, 13 sentyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya 2021-ci il sentyabrın 11-də gizli səsvermə yolu ilə seçkilər keçirilib.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu ilə 11 nəfər Şuraya üzv seçilib. Səsvermə prosesində vətəndaş cəmiyyəti institutlarından 112 nəfər səsvermə hüququ əldə edib.
Başa çatmış seçkilərin nəticələrinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın tərkibi formalaşıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “İctimai Şura” komitənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılıb.