Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Xidmətin qarşısında duran əsas vəzifə və tapşırıqları diqqətə çatdırıb.

Bildirilib ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti nəticəsində mümkün olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 30-da DSX Sahil Mühafizəsinin gəmi inşası zavodunda inşası yekunlaşan beşinci “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olması, bu tipli daha bir gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi Xidmətin bütün silahlı birləşmələrində və digər struktur qurumlarında ruh yüksəkliyinə səbəb olub. Bundan başqa, dövlətimizin başçısının mayın 16-da DSX Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhədçilərlə görüşməsi, Xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, onların 3 orden, 41 medal və 8 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatlarının keçirilməsi, DSX-nin tərkibində dörd silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulayıb.

Böyük qürur hissi ilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması tapşırığını verib. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.

General-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini deyib.

Bildirilib ki, 2018-ci ildə DSX tərəfindən bir sıra mühüm nailiyyətlər əldə olunub. Belə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət və Rusiya Federasiyası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi nəticəsində 2010-cu il sentyabrın 3-də imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilənin icrası üzrə fevralın 22-də müstəqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının təməli qoyulub, demarkasiya işlərinə başlanılıb. İndiyədək 78 sərhəd nişanı quraşdırılıb.

Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında dövləti maraqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dəniz sərhədlərinin mühafizəsi üzrə xidmət-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoyub. DSX xüsusi məktəbinin yeni inşa olunmuş korpusunun açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Bu korpusun istifadəyə verilməsi ilə məktəbin kursantlarının sayının üç dəfəyədək artırılması üçün əlverişli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələrinin və Bakı şəhərinin erməni-daşnak hakimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak edib. Dahi öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan dövlətçiliyinin 100 və 15 iyun - Milli Qurtuluş Gününün 25 illik yubileyləri münasibətilə sərhəd xətti boyu süvari və gəmi yürüşlərində dövlət bayrağımız dalğalandırılıb. Heydər Əliyev və İlham Əliyev zirvələrinə sərhədçi yürüşləri, Yevlax şəhərində 2 kilometr uzunluğunda dövlət bayrağımızla “Zəfərə doğru” yürüşü keçirilib. Həmçinin 47 ali təhsil müəssisəsinin iştirak etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında DSX Akademiyası ardıcıl ikinci dəfə qalib adını qazanıb.

Qeyd edilib ki, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət yüksək tələblər səviyyəsində təşkil olunub. Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurları sadələşdirilib, sərhəd nəzarəti sahəsində xidmətə 300-dən çox yeni əməkdaş cəlb edilib. Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, Frontex Agentliyi kimi beynəlxalq təşkilatlar və Rusiya, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakistanın sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilib, xarici şirkətlərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilib.

Vurğulanıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib. Həmçinin xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb. Bundan başqa, 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Xidmət rəisi bildirib ki, genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib.

Sərhəd xəttində xüsusi işarəverici texniki qurğuların, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub. Elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsi, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilib.

Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib. “Göytəpə” və “Xudat” sərhəd dəstələrində iki sərhəd zastavası üzrə 18 bina və qurğunun tikintisi başa çatdırılıb və şəxsi heyətin xidməti istifadəsinə verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə DSX tərəfindən sərhəd bölmələrində tətbiq edilən “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib. Hesabat dövründə 101 belə görüş keçirilib.

Diqqətə çatdırılıb ki, il ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı üç halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub. Hadisə yerində iki halda avtomat silah, bir halda iki ədəd gecəgörmə cihazı aşkarlanıb. O cümlədən iyunun 21-də DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində noyabrın 29-da dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupova atəş açmış sərhəd pozucusu ayağından güllə yarası alaraq saxlanılıb.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daim şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Sloveniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Liviya sahillərində içərisində 65 nəfərin olduğu gəmi batıb

"Çelsi" qazaxıstanlı futbolçunu transfer edib

Türkiyə Prezidenti: Ədalət prinsipi yeni dünya nizamının əsası olmalıdır

Sabahdan pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq

XİN: Nikolay Valuyevin Azərbaycana qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir

Britaniyanın əmək bazarında aktivlik 2020-ci ildən bəri ən zəif səviyyədədir

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün heyəti müəyyənləşib

Çin ABŞ-dan idxal olunan məhsullara rüsum tətbiq etməyə başlayıb

Ötən il Türkiyədən Azərbaycana dəyəri 3 milyard dollardan çox olan məhsul ixrac edilib

Ağaverdi Xəlilov: Qarabağın atüstü oyunları mədəniyyətimizin zənginliyinin təcəssümüdür

BMU professorunun müəllifi olduğu 3 faydalı model patent alıb

Türkiyəli ekspert: Azərbaycanın öz regionuna tam maneəsiz gediş-gəliş hüququ var

Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib VİDEO

Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara birgə müraciət ediblər

Paşinyanın Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir – BƏYANAT

BDU-nun əcnəbi tələbəsi: Komor Adaları İttifaqının Azərbaycandakı ilk səfiri olmaq istəyirəm

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Akademik: Azərbaycan qadınının cəmiyyətdə daha fəal olması prioritet məsələlərdən biridir

"Siz eşq dediniz, biz Vətən dedik" adlı tədbir keçirilib

Kənd təsərrüfatı naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Rəşad Rəsullu: Bakıdakı "Böyük Dəbilqə"yə yüksək səviyyədə hazırlaşırıq

Dövlət Komissiyası: İctimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilməkdədir

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edilib

Baş prokuror Xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək

Nazir: Təhsilalana ayrılan investisiyaların ədalətli bölgüsü önəmlidir VİDEO

Ötən həftə 787 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Çin və Kanada alimləri dinozavrların Şimali Amerikadan Asiyaya köçməsi barədə yeni sübutlar tapıblar

Sabah hava əsasən yağmursuz olacaq

Naxçıvan boksçuları ölkə birincisi olublar

Astarada saxlanılan narkokuryerdən 8 kiloqram heroin aşkarlanıb

Naxçıvanlı idmançıdan qızıl dubl

Cef Vols: Azərbaycan startapları şərq və qərb bazarları arasında körpü rolunu oynaya bilər – MÜSAHİBƏ

Ermənistan cəmiyyəti USAID-dən asılı vəziyyətə düşən əsas benefisarlardandır - ŞƏRH

Nazir müavini: Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil VİDEO

Nazir: Uşaqların 5 yaşınadək ilkin təhsillə təmin edilməsinin 50 faizə qaldırılması hədəflənib

Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr edilmiş konsert olub

Media: Aİ Rusiya ilə əlaqəsi olan tankerlərə qarşı irimiqyaslı əməliyyat hazırlayır

Ronaldo: Azərbaycana gəldiyim üçün peşman deyiləm, burada inkişaf etmiş ölkə gördüm - MÜSAHİBƏ

Afiq Baxışov: “MİTSULİFT” şirkəti, ilk növbədə, xidmət keyfiyyəti ilə hər zaman öndədir

NASA yüksək sürətlə uçan təyyarələrin təhlükəsizliyini təmin edəcək bələdçi sistemini sınaqdan keçirib

Azərbaycanın U-17 millisi Belarusda İnkişaf Kuboku turnirində iştirak edəcək

Enerji idarəçisinin təyin edilməsi mövzusunda vebinar keçiriləcək

Ötən il 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib

Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi məktəblilərlə görüşəcək

Nazir müavini: Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib

Həkim-stomatoloq: Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin aşkarlanmasına kömək edir

Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6 faiz artıb

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

Ötən il 9720 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Dünya Bankı: Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb

Narkotik aludəçisi olan sürücülərin qanunazidd əməllərinin qarşısı alınıb

Ötən ay 26 mindən çox sosial ödəniş proaktiv qaydada aparılıb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

ASCO: “Bu gün lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini tam bərpa edəcək

Aral dənizinin şimalında su balansı bərpa olunur

AMB sədri: Mərkəzi Bank pul siyasəti mexanizmini möhkəmləndirəcək

İtaliyada muzeydə yıxılan ziyarətçi XVI əsrə aid rəsm əsərini təsadüfən zədələyib

Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir

Vəkillərə “Birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü” mövzusunda təlim keçirilib

Ekvadorda prezident seçkiləri ikinci tura qalıb

Batumi limanında Trans-Xəzər marşrutu ilə Qazaxıstan ammofosu aşırılıb

MDU-da Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

Cənubi Koreyada neft emalı zavodunda partlayış olub, itkin düşən və yaralananlar var

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə” 2019-cu il 5 aprel tarixli 1905000014 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Fevralın 10-u Ümumdünya Paxlalılar Günüdür

Prezidentin köməkçisi: Hazırda Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

BANM-in 5 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibi olub

Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas edilib

Dünya birjalarında neft bahalaşıb

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada fəxri kürsüyə qalxıblar

Premyer Liqa: “Neftçi” “Zirə”yə, “Kəpəz” “Araz-Naxçıvan”a qarşı

Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub

Ötən il Beyləqanda suvarma kanalları lildən təmizlənib, 119 subartezian quyusu təmir edilib

DİN: Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb

DİN: Dələduzluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb

Zığ dairəsi-Hava limanı yolunda sürət həddi bərpa edilib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Şəkidə yanğın baş verib, 9 baş xırdabuynuzlu heyvan tələf olub

Həftədə bir yumurta yemək ürək xəstəliklərindən ölüm riskini azalda bilər –ARAŞDIRMA

Qrenlandiyadakı Katalina gölündə unikal buzlaq daşqını baş verib

Tramp fevralın 9-nu Amerika Körfəzi Günü elan edib

Almaniya Kansleri Olaf Şolts və Birlik partiyalarının namizədi Fridrix Merts teledebatda üz-üzə gəliblər

İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb

Türkiyə Prezidentinin Asiya ölkələrinə səfəri başlayıb

Bundesliqa: Son iki sırada qərarlaşan komandaların görüşündə qalib müəyyənləşməyib

Azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar

Ukrayna ordusunda “Dron xətti” yaradılır

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının səhnəsində “Eyforiya” ansamblının virtuoz musiqiçiləri çıxış ediblər

Etna vulkanı yenidən aktivləşib

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə qalib gəlib

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib