Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir

Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin uyuduqları Şəhidlər xiyabanını ziyarət etmişlər.

Peşə bayramı günü münasibətilə prokurorluq əməkdaşlarını təbrik edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.

Prokurorluğun hər bir əməkdaşında qürur hissi doğuran haldır ki, bu orqanın sivil və demokratik məzmunda bir dövlət qurumu kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sahəsində mümkün olmuşdur.

X.Vəliyev vurğulamışdır ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.

Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülmüşdür. Dövlət proqramına müvafiq olaraq Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq və maddi-texniki təminat şöbələri yaradılmış, dövlət başçısının müvafiq Sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılaraq fəaliyyətə başlamışdır.

Bildirilmişdir ki, digər hüquq mühafizə orqanları kimi, hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etmişdir və bundan sonra da bütün mümkün tədbirlər görüləcəkdir.

Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, bir neçə yeni inzibati binanın tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunmuşdur. Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Respublika Hərbi Prokurorluğunun yeni doqquzmərtəbəli və Prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində Zaqatala Hərbi Prokurorluğu üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.

Prokurorluğa dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlığını bildirən X.Vəliyev əmin etmişdir ki, Respublika Hərbi Prokurorluğu öz işini göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcəkdir.

Sonda hərbi prokuror X.Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa mükafatlar, qiymətli hədiyyələr və hərbi rütbələr təqdim etmişdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kəpəz” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırıb

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Keniyalı nümayəndə: Azərbaycan düzgün istiqamətdə irəliləyir

Nigeriya Prezidentinin sabiq sözçüsü: Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır

AİB ilə COP29 çərçivəsində əməkdaşlıq müzakirə olunub

Naxçıvanlı bədii gimnast qızıl medala layiq görülüb

BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”

Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrənin nəticələrini dəyərləndirib

DVX ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı proqramını davam etdirir

Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək

Türkiyə ticarət donanmasının böyüklüyünə görə dünyada 11-ci yerə çıxıb

Unudulmaz həmkarımız Elman Cəfərli haqqında xatirələr

Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

Türk dövlətlərinin səhiyyə nazirləri Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

® “Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat hədiyyə edib

İndiyədək Rumıniyaya 10 milyondan çox ukraynalı qaçqın daxil olub

ÜMT: Son 30 ildə bütün dünyada çaylar ən yüksək sürətlə quruyur

“Bakı Sığorta”nın İcbari Sığorta Bürosunda iştirakına xitam verilib

“Ağrısını bilib susanlar, dərdini bilməyənlər var” - 35 ilin tibb bacısı danışır

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin ədəbi əlaqələri müzakirə edilib

Gecikdirilmiş vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Bakıda görkəmli qazax aliminin “Daşa yazılan tarix” kitabının təqdimatı olub

Türkiyədə 9 ay ərzində Ermənistandan qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayt bloklanıb

Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Serbiyaya məğlub olub

“Yağış göbələyinin macərası” yenidən Musiqili Teatrın səhnəsində

NBA tarixində ilk: Ata və oğul eyni anda parketə çıxıb

Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Nuray Hacıyeva: Əsas hədəfim Prezident təqaüdçüsü olmaq idi və buna nail oldum

AzMİU tələbələri Bakının urbanistik dizaynı üzrə vörkşopu tamamlayıblar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərə gəlib

Cəbrayılın azad olunması müharibənin sonrakı gedişinə müsbət təsir göstərmişdi - ŞƏRH

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan açıq Asiya Cüdo Kubokunda iştirak edəcək

Dövlət texniki baxışı zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

BMT-nin GlobE şəbəkəsinin növbəti illik tədbirinə ev sahibliyi Azərbaycana həvalə olunub

FHN Nizami rayonunda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb

Yeni Günəşli qəsəbəsində torpağın zəbt edilməsinin qarşısı alınıb

® “Araz” supermarketlər şəbəkəsi ilin ilk yarısı 96 fermerdən 40 min tondan çox məhsul alıb

Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu müəyyənləşib

İstanbul və Burqas arasında katamaranlarla ilk dəniz sərnişin xidmətinin başlaması planlaşdırılır

Azərbaycanın futzal millisi yoldaşlıq oyunları keçirəcək

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

Bakıda qazanxanada baş vermiş partlayışla bağlı araşdırma aparılır

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Məhdimqulu Fəraqinin şeirlər kitabı təqdim olunub

Estoniya - Azərbaycan oyununu stadionda izləyəcək tamaşaçı sayı bəlli olub

Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib

Evində narkotik vasitə və odlu silah saxlayan şəxs barədə cinayət işi başlanılıb VİDEO

Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib YENİLƏNİB

Beynəlxalq forumda türk xalqları ədəbiyyatının tədqiqi barədə məlumat verilib

BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

Gürcüstan Prezidenti ilə bağlı yenidən impiçment başlanılıb

GDU-da “Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və təbliği” mövzusunda konfrans keçirilib

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Murad Sücəddinov: Heykəltaraşlıq zəhmət, öyrənmək və özünəinamı nəzərdə tutur və sıçrayışı qəbul etmir

Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim edib

Özbək tələbələr üçün “Azərbaycanı tanıyaq” mövzusunda açıq dərs təşkil edilib

Ramazanovların sahibsiz itlər üçün sığınacağı: 2 hektar ərazidə 300 itə qulluq edilir

Polkovnik Cəlil Xəlilov: Təşkilatın fəaliyyətində yeni bir mərhələ başlayacaq

Şərqşünaslıq İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

AMEA prezidenti: Türk Dövlətləri Birinci Kardionkoloji Konqresi elmi hadisədir

Naxçıvan Dövlət Energetika Xidmətində COP29-a həsr olunan infosessiya keçirilib

Məşhur Ebru sənətçisi: Azərbaycanda bu sənətə olan maraq məni çox sevindirdi VİDEO

Politoloq: Gürcüstan ilə Qərb ölkələri arasında çox gərgin və mürəkkəb vəziyyət yaranıb

Azərbaycan Mədəniyyət Mərkəzi Vyanada “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edib VİDEO

Türkiyəli mütəxəssis: Hər 8 qadından birində süd vəzi xərçəngi aşkarlana bilər

Mariya Zaxarova Cənubi Qafqaz ölkələrini regionda sabitliyin pozulmasına imkan verməməyə çağırıb

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: Bu, karyeramın ən pik nöqtəsidir

bp məktəblilər üçün yeni onlayn bilik mənbəyi təqdim edib

Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyələrin fəaliyyətində qadınların rolu” mövzusunda dəyirmi masa təşkil edilib

“Qarabağın ekoloji vəziyyəti” layihəsinin iştirakçıları məktəblilərlə görüşüb

“Spiegel” qəzeti: Almaniya son bir neçə ildə ilk dəfə Türkiyəyə genişhəcmli silah ixracına razılıq verib

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Qırğızıstanda siqaret idxalına altı ay müddətinə qadağa qoyula bilər

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalında uğur qazanıblar

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq VİDEO

Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Kosmik hava proqnozu açıqlanıb

“Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” – yeni nəşr

Sabah payız havası gözlənilir

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

Türk dünyası gənc yazarlarının I Bakı forumu keçirilib

Tbilisidəki məktəblərin birində bomba həyəcanı yaşanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşıb

“Çin çıxan yuxular” sənədli filminin təqdimatı olub

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

Ramin Məmmədov: Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin inşasına xüsusi diqqət göstərilir

BQXK-nın rəsmisi: Dünyada 210 milyon insan silahlı qrupların təsiri altında yaşayır

“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarılıb

Bosniya və Herseqovinada daşqın nəticəsində itkin düşənlərin axtarışı davam edir