İQTİSADİYYAT
Dövlət Xidmətinin internet səhifəsində təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasını həyata keçirən sahibkarlar barədə məlumatlar yerləşdirilib

Bakı, 5 mart, AZƏRTAC
Məlum olduğu kimi, təbii qaz istifadəçilərinin obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işlərini lisenziyası olan podratçı və ya qazpaylayıcısı tərəfindən həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun araşdırmaları zamanı istehlakçıların tikinti-quraşdırma işlərinin aparılması üçün podratçı təşkilatların tapılmasında və onlara dair məlumatların əldə edilməsində çətinliklərlə üzləşdikləri müəyyən olunub. Belə ki, təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziya alan xeyli sayda təşkilatlar mövcud olsa da, məlumat çatışmazlığı ilə əlaqədar istehlakçıların onlara çıxış imkanları məhduddur. Bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyd edilən sahədə lisenziya alan təşkilatlar barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Cədvələ keçid: https://bit.ly/3C8DPiG. Məlumatlar mütəmadi olaraq yenilənəcək. Cədvəldə qeyd olunmayan təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziyası olan təşkilatlar siyahıya əlavə edilməsi ilə əlaqədar Dövlət Xidmətinə müraciət edə bilərlər.