Dövlət Xidmətinin rəisi: “Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı Bəyannaməsi qəbul ediləcək VİDEO

Bakı, 24 aprel, AZƏRTAC
“Almatı prosesi”nin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının növbəti nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Almatı prosesi”nin III Nazirlər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün keçiriləcək konfransda üç əsas məsələyə diqqət ayrılacaq: "Bu məsələlər Azərbaycanın sədrliyinə və son iki ildə “Almatı prosesi”nə nəzər yetirmək, prosesə sədrliyin yeni ölkəyə ötürülməsi, təşkilatın növbəti illər üçün prioritetlərini müzakirə etməkdir".
Dövlət Xidmətinin rəisi bildirib ki, daha bir müsbət hal isə “Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi olacaq: "Bu sənəd Azərbaycanın təşəbbüsü ilə hazırlanıb və razılaşdırılıb. Bu, növbəti illər üçün fokuslanması lazım olan məqamları müəyyən edir",- deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [20:02]
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib
- 12.05.2025 [19:32]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 12.05.2025 [19:20]
Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
- 12.05.2025 [18:29]
Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO
- 12.05.2025 [18:28]
İnsan psixologiyasına “süni” toxunuş VİDEO
- 12.05.2025 [18:17]
Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı
- 12.05.2025 [18:11]