DREZDEN RƏSM QALEREYASINDA AZƏRBAYCAN RƏSSAMLARININ ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILACAQ
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, iyunun 12-də Drezden Rəsm Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaqdır.
Almaniyada Azərbaycan ili çərçivəsində keçirilən sərgi ölkəmizin təsviri sənətinin özünəməxsus retrospektivini nümayiş etdirməklə yanaşı, burada alman sənətsevərləri müasir rəssamlarımızın əsərləri ilə də tanış olacaqlar.
Sərgi kolleksiyasına xalq rəssamları Tahir Salahov, Fərhad Xəlilov, Mirnadir Zeynalovun rəngkarlıq əsərləri, Əşrəf Muradovun qrafikası və sair daxildir.
Sərgi iyunun 15-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]