DÜNYA BİRJALARINDA NEFTİN BİR BARRELİNİN QİYMƏTİ YENİ REKORD VURMUŞDUR
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, aprelin 21-də dünya birjalarında neftin bir barrelinin qiyməti 117 dolları keçərək yeni rekord səviyyəyə çatmışdır.
Nyu-York birjasında neftin bir barrelinin qiyməti 117,05 dollara, London birjasında “Brend” markalı neftin bir barreli 113,95 dollara satılmışdır.
Birja təhlilçilərinin fikrincə, hazırkı yüksəlişə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatının həcmini artırmayacağı barədə xəbərləri təsir göstərmişdir.
OPEK-in prezidenti, Əlcəzairin neft naziri Şakib Xəlil bildirmişdir ki, neftin qiymətinin aşağı düşməsi üçün hasilatın səviyyəsini qaldırmağa ehtiyac yoxdur.
Dünya birjalarında neftin qiymətinin qalxmasının digər səbəbi Nigeriyada neft kəmərinə edilən hücumlar olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]