Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya mətbuatı Azərbaycan həqiqətlərini şərh etməkdə davam edir

Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı Bakıda keçirdiyi mətbuat konfransı dünya mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC Türkiyənin aparıcı KİV-lərin bu barədə materiallarının xülasəsini təqdim edir.

“TRT Türk” televiziya kanalının saytında dərc olunmuş “Azərbaycan Avropanın ən böyük musiqi bayramına ev sahibliyi etməyə hazırlaşır” sərlövhəli məqalədə Prezident Administrasiyasının şöbə müdirinin mətbuat konfransı geniş şərh edilir. Müəllif Ə. Həsənovun sözlərindən sitat gətirərək yazır: “Azərbaycan çox mühüm bir tədbirə ev sahibliyi edir. Bakıya çoxlu sayda qonaq gəlmişdir. Azərbaycana gələn xarici ölkələrin vətəndaşlarının təhlükəsizliyi dövlətin zəmanəti altındadır. Ölkədə hər hansı bir təhlükəsizlik təhdidi yoxdur”.

Ə.Həsənovun mətbuat konfransını şərh edən Türkiyənin “medyanot”, “haberprogram”, “haberinizolsun”, “haksözhaber”, “habervaktim”,“halkınhabercisi”, “habermynet”, “takafm”, “yeryuzuhaber”, “son24haber”, “tuhaber”, “mebhaberler”, “sonolay”, “haberiniz”, “turkhaberajansı”, “superpoligon”, “ekonorm”, “haberburcu”, “dikkathaber”, “haberfree”, “yarenturkhaber”, “habertrmsn”, “habersondakika” kimi KİV-lərin saytları da Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə istinadla qeyd edirlər ki, Azərbaycanın hüquq sistemi və iqtisadi yüksəlişi, bəzi ölkələrin, o cümlədən İranın rəhbərliyini narahat edir. İran ölkəmizi İslam əleyhinə olan bir dövlət, “Eurovision” mahnı müsabiqəsini isə orta cinsin nümayəndələrinin nümayişi adlandıraraq Azərbaycanı saxta faktlarla ləkələməyə çalışır. Bunu isə qəbul etmək mümkün deyildir.

Saytlarda vurğulanır ki, Ə.Həsənov “Eurovision” ərəfəsində Azərbaycanın demokratik prinsiplərini pozmağa çalışan “Amnesty İnternational” və “Human Rights Watch” kimi bir sıra beynəlxalq təşkilatlarının Azərbaycanın imicini zəiflətmək üçün məqsədyönlü şəkildə əsassız xəbərlərin yaydığını diqqətə çatdırmışdır.

“Tekgazete”, “gazete24”, “türkiegazetesi” qəzetlərində isə qeyd olunur ki, İran ilə Azərbaycan arasında “Eurovision-2012” mahnı müsabiqəsi ilə başlayan söz dueli diplomatik böhran ilə nəticələndi. İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhrami öz ölkəsinə çağırıldı. Böhran İranın Azərbaycan əleyhinə olan təbliğatından sonra ortaya çıxdı.

Ə.Həsənovun mətbuat konfransındakı fikirlərindən sitat gətirən mətbu orqanlar yazırlar: “İranda bəzi qüvvələr Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə qısqanclıqla yanaşaraq Azərbaycanı əsassız tənqid edirlər. Bu halda onlar ümumiyyətlə mövcud olmayan bir məsələ - hansısa “mavi”lərin paradı üzərində diqqəti cəmləşdirirlər”.

Mətbuat konfransını geniş şərh edən “Adana”, “haberege”, “izmirdəyaşam”, “siirtcehaber”, “yerlimedya” kimi Türkiyənin vilayətlərinin, eləcə də Şimali Kiprin “starkibris” və Qafqaz Strateji Araşdırmalar Mərkəzinin “kafkassam” saytları Ə.Həsənovun sözlərinə istinadla yazırlar ki, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəzi xarici təşkilatlar və KİV-lər tərəfindən xəbərlər yayılır. “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın ünvanına ayrı-ayrı ölkələrdən – ilk növbədə, bəzi radikal dini qruplardan təhdidlər gəlir. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, son günlərdə İranda ölkəmizin diplomatik nümayəndəliklərinin qarşısında Azərbaycan əleyhinə nümayişlər keçirilir.

Ə.Həsənovun mətbuat konfransındakı fikirlərindən sitat gətirən Türkiyənin “eurovizyon” qəzeti isə yazır: “İranda bəzi qruplar “Eurovision” mahnı müsabiqəsini “homoseksualların nümayişi” şəklində qələmə verərək təsəvvür edilməyəcək fikirlərlə bu tədbiri qaralamağa çalışırlar. Olmayan bir şey haqqında yalan bəyanatlar yayılır. Biz “mavilərin paradı”nı yox, Eurovision” mahnı müsabiqəsi təşkil edirik”.

“trthaber”, “samanyoluhaber” də Ə.Həsənovun sözlərinə istinadla yazırlar: “İran Azərbaycanı İslam əleyhdarı bir dövlət, “Eurovision” mahnı müsabiqəsini isə “geylərin nümayişi” adlandıraraq bu tədbiri qaralamağa çalışır. İran mövcud olmayan bir şey haqqında yalan bəyanatlar yayır. İran Azərbaycanın bölgədə cazibə mərkəzi olmasını və uğurlarını qəbul edə bilmir. İran Azərbaycana qarşı aparılan əks təbliğatların mərkəzi olmağa başlayır.

“Haber 3” saytı isə yazır: “İranın 57-ci “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi Azərbaycan üzərində təzyiq qurmaq cəhdlərinə sərt reaksiya gəldi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov İranın Azərbaycanın uğurlarını qəbul edə bilmədiyini bildirdi və Tehrana Azərbaycanın daxili işlərinə qarışması məsələsində xəbərdarlıq etdi. Bu açıqlamadan sonra İran Azərbaycandakı səfirini danışıqlar aparmaq üçün geri çağırdı.

Ə.Həsənovun fikirlərindən sitat gətirən sayt yazır: “İran İslam aləminin ən böyük dövlətlərindən biridir. Azərbaycan da müsəlman bir dövlətdir. Ancaq Azərbaycanın öz din modeli vardır. Biz Qurani-Kərimin və Peyğəmbərimizin təbliğ etdiyi İslamı qəbul edirik. Biz bütün dövlətlərlə milli maraqlarımız naminə əlaqə qururuq. Qərbin İran əleyhinə fəaliyyətində isə iştirak etmirik”.

“Haber 3” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunaraq Ə.Həsənovun sözlərinə istinadla yazır ki, cinsi azlıqların yürüşünün olmadığı halda, bu məsələ ilə bağlı saysız-hesabsız nümayişlər təşkil edən İrandakı qruplar tərəfindən Azərbaycanın torpaqlarını işğal edən və Xocalıda soyqırımı törədən Ermənistana qarşı niyə heç bir etiraz aksiyası təşkil etməməsi bizdə təəccüb doğurur?!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırılıb

Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib

Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

Ermənistan XİN-in rəhbəri ABŞ-da Azərbaycan tərəfi ilə görüşə hazır olduğunu bildirib

Mərakeşin iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri ilə görüş olub

Romada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib VİDEO

"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması

Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçilib

Nazir: Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam edib

Balakən və Şəkidə piyada keçidlərindən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görülüb

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Bakıda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş

“Fövqəladə halların idarəedilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü olub

İtaliya saytı Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququndan yazıb

Moldovada Müslüm Maqomayevin barelyefi açılıb

Antalyada 13-cü Beynəlxalq Kurort Turizm Konqresi keçirilir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun sədri “Yüksəliş” qalibləri ilə görüşüb

Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Ermənistan hökumətinin xaotik addımları aqoniya əlamətidir: “Böyük qardaşın” dəyişməsi nəticəni dəyişməyəcək - ŞƏRH

Siyasi ekspert: Növbədənkənar prezident seçkiləri milli hədəflərimizə çatmaq üçün yeni bir başlanğıc olacaq

Yaşıl enerji ilə bağlı həyata keçirilən tədbirləri ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı hesab etmək olar - ŞƏRH

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilir

Beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Ədəbiyyat İnstitutunda gürcü alimlərlə görüş

Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib

Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub

Bu il Qafqazşünaslıq İnstitutu əməkdaşlarının 62 məqaləsi xarici mətbuatda işıqlandırılıb

Koreya Milli Assambleyasının üzvü: Azərbaycanla münasibətlərimizin inkişafı üçün böyük potensial mövcuddur

BDU-da tədbir: “Heydər Əliyev ideyaları - Yeni Azərbaycanın dövlətçilik irsi”

Xarici investor Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat investisiya qoyub

Finlandiyada həmkarlar ittifaqları hökuməti tətillə hədələyir

Məhkum Dilək Şaban qızının arzusu reallaşdı

Azərbaycanın müəllifi olduğu reallıqlar beynəlxalq səviyyədə dəyərləndirilir ŞƏRH

Nicat Abbaslı: Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1,8 milyondan çox turist gəlib

Naxçıvan və Ankara arasında səhiyyə sahəsində mübadilə proqramı başlayacaq

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilib YENİLƏNİB

BMU-da “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcək

Ədliyyə naziri Şabranda vətəndaşlarla görüşüb

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib

UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Opera və Balet Teatrının gənc solisti ilk dəfə Məcnun rolunda

Prokurorluq işçiləri “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimə 84 dinləyici cəlb edilib

Brüssel Pekindən Avropa biznesinin Çin bazarına çıxışını sadələşdirəcəyini gözləyir

MTK mülkiyyətçilərdən çoxmənzilli binalarda sayğacların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?

40 region, 60 fermer, 80-ə yaxın müxtəlif çeşiddə məhsul – həftəsonu yarmarkası

Qahirədə "Heydər Əliyevin düşüncələrində ərəb və İslam aləmi" adlı kitabın təqdimat mərasimi olub

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir – ŞƏRH

İtaliya telekanalı Qərbi azərbaycanlılarla bağlı videosüjet hazırlayıb VİDEO

Aygün Əliyeva: Əminəm ki, forum ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edəcək

Qaranlığı nura boyayan elm fədaisi

Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Azərbaycanın Baş naziri Böyük Britaniyanın Dövlət katibinin müavini ilə görüşüb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri KİV-ə birgə açıqlama veriblər

Qran-Pridə uğurla çıxış etmiş paracüdoçular Vətənə qayıdıblar

Bosniya və Herseqovinada Ulu Öndər Heydər Əliyev haqqında kitab çapdan çıxıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəlib

Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb

İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib

ARDNF-nin AÇG-dən əldə etdiyi gəlir açıqlanıb

Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib YENİLƏNİB VİDEO

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Avtomobilin seriyasını dəyişərək elektron cərimələrdən yayınmağa çalışan sürücü məsuliyyətə cəlb edilib

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU növbəti dəfə beynəlxalq reytinq siyahısında yer alıb

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər 1,3 milyard dolları ötüb

Bakıdakı Rus evində Beynəlxalq Könüllülər Günü qeyd olunub

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Könüllülük Həftəsi çərçivəsində gənclər arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Tofiq Məliklinin “Türkbilimi yazılarımdan seçmələr” kitabının təqdimatı olub

Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Türkiyə ilə Azərbaycan arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlar müzakirə olunub

Salyanda maarifləndirici tədbir: “Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik”

“Gəncə” voleybol klubunun baş məşqçisi: Mükafatçılar sırasında olmaq istəyirik

ABŞ və Ukrayna müdafiə nazirləri 2024-cü ilin əməliyyatları planını müzakirə ediblər

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işini Ağdamda davam etdirir

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin sədri Şəmkirdə vətəndaşlarla görüşəcək

Hərbi Prokurorluqda tədbir: Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Türkiyənin təhlükəsizlik qüvvələri bu il 2 mindən çox terrorçunu zərərsizləşdirib

Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub

Azərbaycan müəllimlərinin XVI qurultayında müzakirə ediləcək mövzular açıqlanıb

Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

“Masdar” metanoldan hazırlanan aviasiya yanacağının sınağını keçirib

Şahin Mustafayev “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb