Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində səsləndirdiyi fikirlər beynəlxalq KİV-lərin diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi, “DİGİ 24” telekanalı və nəşri, “ANTENA 3”, “Realitatea TV” telekanalları, “Jurnalul” qəzeti, “MediaFax” xəbər agentliyi, “Veridica” və “Ziare Live” portallarında, eyni zamanda, Yunanıstanın “Protothema”, “Arouraios”, “Karfitsa”, “Thestival”, “Primenews” kimi xəbər agentlikləri, qəzetləri, saytlarında, ERT telekanalında və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. İnformasiyalarda Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri diqqət mərkəzində saxlanılıb.

“Digi 24” telekanalının və nəşrinin yaydığı xəbərlərdə qeyd edilib ki, Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olub. Bildirilib ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

AGERPRES milli xəbər agentliyi qeyd edib ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Xəbər agentliyi Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, terrorçular onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar. Azərbaycan Prezidentinin xalqa müraciətinin videosu agentliyinin saytında yerləşdirilib.

“MediaFax” xəbər agentliyi Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlara yer ayırıb. Azərbaycanın Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atdığını, düşməni layiqincə cəzalandırdığı oxucuların diqqətinə çatdırılıb.

“Ziare Live”, “Jurnalul” qəzetlərində Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər yerləşdirilib.

Yunanıstanın “Karfitsa”, “Protothema” nəşrləri Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib.

ERT televiziya kanalı, “Thestival”, “Primenews”, “Arouraios” nəşrlərində isə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısının xalqa müraciəti və söylədiyi fikirlər Ukraynanın nüfuzlu KİV-lərində də geniş işıqlandırılıb.

“Ukrinforum”, “UNİAN”, “Qordon”, “Korespondent”, “Obozrevatel”, “Fakti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Azadlıq” radiosunun Ukrayna Redaksiyası, “İnformator”, “New Voice”, “Suspilne Novini”, “Deutsche Welle”nin Ukrayna Redaksiyası, “Liqa” informasiya agentlikləri və xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Ukrayna, rus və ingilis dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin “Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi” fikri xüsusi olaraq vurğulanıb. İnformasiyalarda Azərbaycan Prezidentinin müraciətindəki digər fikirləri də yer alıb.

Moldovanın nüfuzlu KİV-ləri də Azərbaycan Prezidentinin xalqa müraciətinə geniş yer verib.

Belə ki, “AVA”, “Timpul”, “Jurnal”, “Point” və digər xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri rus və rumın dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin “Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi” fikri xüsusi olaraq vurğulanıb.

“Reuters” agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təslim olmağa məcbur etdiyini və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də yer verilib və dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın “dəmir yumruq”la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.

CNN-in mövzuya dair yayımladığı məqalədə ildırım sürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təslim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk təmas artıq baş tutub.

Azərbaycan Prezidentinin xalqa müraciətinə də CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində “düşməni layiqincə cəzalandırdığını” və rəsmi Bakının öz suverenliyini “dəmir yumruq”la bərpa etdiyini bildirib: “...uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir... Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Məqalədə, həmçinin İkinci Qarabağ müharibəsi və ondan sonra regionda gedən proseslər və hazırkı gərginliyədək baş verən hadisələrdən bəhs edilib.

BBC-nin yaydığı xəbərdə də son günlərdə Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ön planda dayanır. Qeyd edilib ki, Azərbaycan Prezidenti separatçı qüvvələrə qarşı həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra ölkəsinin Qarabağ üzərində suverenliyini bərpa etdiyini bəyan edib. Bundan öncə isə Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması və qanunsuz rejimin ləğv edilməsini tələb edərək antiterror tədbirləri həyata keçirib.

“Independent” nəşrinin yaydığı xəbərdə isə Azərbaycan dövlətinin başçısının antiterror tədbirlərinin Qarabağdakı erməni sakinlərə qarşı deyil, yalnız kriminal separatçılara və onların rəhbərliyinə qarşı aparıldığı fikri əks olunub.

“France24” tərəfindən yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə diqqət ayrılıb. Bir müddət əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Paşinyanın Ermənistan ordusunun döyüşlərə cəlb olunmayacağını elan etməsi diqqətə çatdırılıb. Onun rəhbərlik etdiyi hökumətin Qarabağda yerli ermənilərlə aparılan danışıqlarda iştirak etmədiyi, lakin separatçı qurumun verdiyi qərarları “qeydə aldığı” barədə fikirləri diqqətə çatdırılıb. Həmçinin Qarabağda cərəyan edən son hadisələrin Ermənistanda siyasi təlatüm yaratdığı və paytaxt İrəvanda etiraz aksiyalarının keçirildiyi vurğulanıb.

“Tasnimnews” da separatçıların təslim olmasından sonra Ermənistanda etirazların geniş vüsət almasından yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməməkdə ittiham etməsi, hökumətyönlü etirazçıların isə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərkən Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub: “...biz bunu qiymətləndiririk. ...dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir”.

İtaliyanın kütləvi informasiya vasitələri də Prezident İlham Əliyevin xalqa müraciətini və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini diqqət mərkəzində saxlayıb.

Bu ölkənin “insideover.com”, “quotidiano.net”, “ilmanifesto.it”, “ilfattoquotidiano.it”, “lagazzettadelmezzogiorno.it”, “ilpost”, “unita.it” kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müraciəti zamanı lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşıda duran bütün vəzifələrin yerinə yetirildiyini, terrorçuların cəzalandırıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini vurğuladığı qeyd olunub.

Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgəyaşayış məsələsi müzakirə olunub, Azərbaycan Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

Yazılarda, həmçinin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək çıxarılması, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur etdiyi qeyd olunub. Sentyabrın 20-də saat 13:00 radələrində isə antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdiyi bildirilib.

Xəbərlərdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəklədiklərini, Qarabağın Azərbaycan torpağı olduğunu vurğuladığı da xatırladılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbədənkənar prezident seçkiləri ilə ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq – Siyasi şərhçi

UNESCO Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illiyini qeyd edib

Moskva Dövlət Universitetinin Bakı filialı redaktor-korrektor vəzifəsinə işə qəbul elan edir

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mustafa Abbasbəyli: Yerli istehsalın inkişafı məşğulluğun artırılmasına gətirib çıxaracaq

Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qarabağa investisiya yatırmaq üçün müraciət edən Türkiyə şirkətlərinin sayı açıqlanıb

Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sabah 400-dən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcək