CƏMİYYƏT
Dünya Meteorologiya Təşkilatının Konqo üzrə rəsmisi: COP29-da konkret nəticələrin əldə olunacağına ümid edirəm
Bakı, 11 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əla təşkil olunub. Konfransın keçirildiyi məkana çatana qədər hər yerdə - ictimai nəqliyyatda, xüsusən də metroda könüllüləri gördüm. Bu, iştirak etdiyimiz digər COP konfransları ilə müqayisədə yaxşıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Dünya Meteorologiya Təşkilatının Konqo üzrə rəsmisi Xilari Elenqa deyib.
Konqo təmsilçisi COP29-da konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.