DÜNYA POÇT İTTİFAQININ REGİON ÜZRƏ MƏSLƏHƏTÇİSI AZƏRBAYCAN POÇTUNUN İNKİŞAFINDAN RAZI QALMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Dünya Poçt İttifaqının (DPİ) region üzrə məsləhətçisi Yan Masakın Azərbaycana səfəri başa çatmışdır.
Səfər çərçivəsində Y.Masak Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra görüşlər keçirmiş, Qubada fəaliyyət göstərən poçt şöbələri ilə tanış olmuş, poçtun daşınması ilə maraqlanmışdır. Xınalıq kənd poçt şöbəsində olan zaman DPİ-nin nümayəndəsi Azərbaycanda poçt sahəsinin sürətli inkişafını qeyd etmişdir.
Xatırladaq ki, Y.Masak Azərbaycan poçt qurumunun iş prinsipləri ilə tanış olduqdan sonra, Dünya Poçt İttifaqında hesabatla çıxış edəcəkdir.