İQTİSADİYYAT
“Dünya Qaz İnfrastrukturu: Xəzər 2011” konfransı işini davam etdirir
Bakı, 22 sentyabr (AZƏRTAC). “Dünya Qaz İnfrastrukturu: Xəzər 2011” konfransı sentyabrın 22-də işini davam etdirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günü “BOTAS” şirkətinin idarə heyətinin sədri Fazil Senelin “Xəzər qazının ixracında və çatdırılmasında Türkiyənin rolu”, Yunanıstanın “DEPA” şirkətinin idarə heyətinin sədri Harri Saçinisin “Avropaya qaz nəqlini təmin etmək üçün uğurlu əməkdaşlıqda Yunanıstanın rolu”, Bolqarıstan Enerji Holdinqinin idarə heyətinin sədri Cordan Ceorcievin “Xəzər regionunda yeni inkişaf: Bolqarıstanın mövqeyi”, “GDF Suez” şirkətinin Xəzər üzrə vitse-prezidenti Filip Hoçartın “Xəzər və Mərkəzi Şərqdən yeni qaz təchizatının inkişaf etdirilməsi”, “PFC Energy”-nin Rusiya və Xəzər üzrə baş direktoru xanım Yuliya Nanyinin “ Xəzər üçün olan potensialın və imkanların şərq baxımından təhlili”, “AzMeCo” şirkəti idarə heyətinin sədri Nizami Piriyevin “Metanolun qazdan səmərəli istehsalı - AzMeCo tərəfindən baxış” və s. mövzularda məruzələr dinlənilmişdir.
Konfrans sentyabrın 23-də işini davam etdirəcəkdir.