Dünyaşöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb

Şuşa, 24 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.
Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.
Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [17:39]
Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO
- 12.05.2025 [14:59]
Tanınmış avstraliyalı vəkil işğaldan azad olunmuş ərazilərə səfər edib FOTO
- 12.05.2025 [13:51]