Dünyanın ən varlı kişisindən boşanan qadın 35 milyard dollarlıq sərvətə sahib oldu
Bakı, 5 aprel, AZƏRTAC
Dünyanın ən varlı kişisi Ceff Bezosdan boşanan MakKenzi 35 milyard dollarlıq sərvətə sahib olub. O, hazırda planetin dördüncü ən varlı qadınıdır.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Jeff Bezos 114 milyard dollarlıq sərvətinin üçdəbirini keçmiş həyat yoldaşına verməyə razı olub. Bundan başqa, onun sahibi olduğu “Amazon” şirkətinin səhmlərinin 4 faizi də MakKenziyə çatacaq.
MakKenzi Bezos Bloomberq agentliyinin milyarderlər reytinqində də 23-cü ən varlı adam olub. Dünyanın ən varlı qadını isə Loreal firmasının varisi Fransuaz Bettenkort Meyersdir. Onun 53,7 milyard dollarlıq sərvəti var. İkinci yeri 44,2 milyard dollarla “Valmatrs”ın sahibinin qızı Elis Volton tutur. MakKenzidən daha bir varlı qadın 37 milyard dollar sərvətə sahib olan Jaklin Badqer Marsdır.
Boşanmış MakKenzinin “Blue Origin” kosmik şirkətində “Washington Post” qəzetində də paya sahib olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]