İQTİSADİYYAT
DVX: Bu il vergi daxilolmalarının 94 faizindən çoxu sahibkarlar tərəfindən könüllü əməletmə nəticəsində reallaşdırılıb
Bakı, 26 noyabr, AZƏRTAC
2021-ci ildən Dövlət Vergi Xidmətində sahibkar assosiasiyaları və birlikləri ilə müzakirələrin aparılması üçün xüsusi bir struktur yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
O qeyd edib ki, həmin müddətdən etibarən 160 görüş keçirilib.
“Sahibkarlardan 100-lərlə təkliflər alınıb və emal edilib. Son illərdə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində dəyişikliklərin əsas hissəsi də sahibkar birlikləri ilə müzakirə olunun təkliflərin nəticələridir. Bu ilin 9 ayında bütün vergi daxilolmalarının 94 faizindən çoxu sahibkarlar tərəfindən könüllü əməletmə nəticəsində reallaşdırılıb. Bu gün büdcə daxilolmalarına baxsaq, bütün büdcə fiskal yığımların 80 faizi məhz Dövlət Vergi Xidməti tərəfindən təmin olunub. Bunlar yalnız vergilər deyil, sosial sığorta yığımları, icbari tibbi sığorta, işsizlikdən sığorta, vergi daxilolmaları ilə bağlıdır. Bütün bunlar məhz sahibkarların vergi daxilolması ilə bağlı intizamlı və məlumatlılığının artırılması nəticəsində mümkün olub”, - deyə DVX rəsmisi əlavə edib.