Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə bağlı tədbir keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir. “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması bu dəstəklərdən biridir. Müasirlik, yenilik günün tələbidir və buna uyğunlaşmaq lazımdır.

MEDİA-nın rəhbəri qeyd edib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.

Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını vurğulayıb. Diqqətə çatdırıb ki, media subyektlərinin iqtisadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca məqsədlərindəndir. O deyib ki, “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması müasir tələblərə cavab verə biləcək bir platformadır. O, Prezident İlham Əliyevin media sahəsində islahatlarla bağlı verdiyi Fərmandan ötən iki il ərzində bu sahədə xeyli dəyişikliklər baş verdiyini, o cümlədən "Media haqqında" Qanunun qəbul edildiyini bildirib.

Çap mediasının üzləşdiyi problemlərə diqqət çəkən Prezident Administrasiyasının məsul əməkdaşı son bir il ərzində ölkədə bu sahədə müəyyən müsbət işlər görüldüyünü də diqqətə çatdırıb.

Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Sonra “Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri” mövzusunda panel sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Milli Məclisin deputatı, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, “E-köşk” platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcəkdir.

Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib. Bildirilib ki, qəzetlər daha çox analitik və araşdırma yazılara yer ayırmalıdırlar. Çünki reallıq bunu tələb edir.

Mətbuat Şurasının sədri “E-köşk” platformasının çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edərək informasiya sahəsində çevikliyin, operativliyin təmin edilməsi istiqamətində mühüm islahatların aparıldığını vurğulayıb.

“Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov texniki imkanlar baxımından onlayn media ilə bərabər çap mediasının inkişafına kömək məqsədilə “E-köşk” platformasının yaradılmasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırıb. Bildirib ki, informasiyaların ötürülməsində milli kimlik qorunmalıdır. Çap mediasının əsas silahı maraqlı olmaq, oxucunun tələblərinə cavab verməkdir. Bu, çap mediasının yaşaması üçün mühüm amildir. İnformasiya və texnologiyanın müsbət tərəflərindən danışan "Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi onun mənfi təsirlərini də qeyd edib. Vətən müharibəsi dövründə kiberhücumları xatırladan Y.Orucov risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Bugünkü çap mediasının informasiya yükünü daşıya bilmədiyini diqqətə çatdıran “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev qəzetlərdə ən çox analitik yazılara, araşdırmaya yer verilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Baş redaktor keyfiyyətli informasiyanın çatdırılması üçün ənənəvi media ilə elektron medianı birləşdirməyin vacibliyini vurğulayıb.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “E-köşk” platformasının ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsindən, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaratmasından danışıb.

Panel sessiya başa çatdıqdan sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova platformanın üstünlüklərini, əhatə dairəsini, məqsədlərini əks etdirən təqdimatla çıxış edib.

“Mass Solution” şirkətinin dəstəyi ilə hazırlanan “E-köşk” platformasının istifadə təlimatı, eyni zamanda, indiyədək platformada hesab yaratmış redaksiyalara dair videoçarxlar nümayiş etdirilib.

Sonra “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib. Tədbir çərçivəsində Fırat Karadenizin çap mediası subyektlərinin nümayəndələri üçün “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”; “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması” mövzularında təlimi də keçirilib.

Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qaldırılmış məsələlər 93 faiz həll edilib

Dövlət Departamenti: Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

Belarusda prezident seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 27,15 faizi iştirak edib

ABŞ-da Con Retklif Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru oldu

Avropa Liqası: "Mançester Yunayted" evdə, "Tottenhem" səfərdə qalib gəlib

Naxçıvanda ötən il 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb

Qurban Qurbanov: Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır

Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub-YENİLƏNİB-6

Bavariyada iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir

Beynəlxalq Türk Akademiyası ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələri genişlənir

Naxçıvanda probasiya sahəsi üzrə daxil olan işlər 8 faiz artıb

Türkiyədə çökən mədəndən 2 nəfər xilas edilib

Gürcüstan parlamentində iqlim dəyişikliyi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Avropa Liqası: “Qarabağ” və FKSB-nin start heyətləri açıqlanıb

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

İrlandiyada məktəblər “Eowyn” qasırğasına görə bağlanacaq

Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Böyük Britaniya “Apple” və “Google”un mobil ekosistemlərini araşdıracaq

Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “Unibank” “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Britaniyanın keçmiş COP Prezidenti maliyyə şurasına sədr təyin edilib

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

Tallində azərbaycanlı rəssamın sərgisi açılıb

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

Kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Bərdədə ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın strateji müttəfiqlərindən biridir ŞƏRH

"Yuventus" Fransa millisinin hücumçusunu transfer edib

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər

Fransa Senatı keçmiş baş nazirlər və prezidentlər üçün imtiyazların ləğvinin lehinə səs verib

Bədii gimnastika üzrə Azərbaycan hakimləri beynəlxalq kurslarda yüksək nəticə göstəriblər

® Mama-ginekoloq Sədi Allahverdiyev “Sərhədsiz ginekologiya” IX konfransda birbaşa bağlantıda əməliyyat icra edib

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

Naxçıvan MR-də sosial sahə üzrə geniş elektronlaşdırma proqramı icra olunur

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir VİDEO

Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar

Media: Fransa və Britaniya Ukraynaya hərbçilər göndərməyi planlaşdırır

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

Ersan Ergür: Zəngəzur dəhlizi TDT və D-8-ə üzv dövlətlər ilə əlaqələrin inkişafına strateji töhfə verəcək - MÜSAHİBƏ

Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycana məxsus musiqi əsərlərinin hüquqlarının pozulması məsələsinə aydınlıq gətirəcək

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam

Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir

İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılır

Mbappe Çempionlar Liqasında ən çox qol vuran ikinci fransalı futbolçu olub

Qərbi Balkan ölkələrində havanın çirklənməsi Aİ üzvlüyü hədəflərinə zərər verir

“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna hansı dəyişikliklər edilir?

“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans

“Fənərbağça” futbolçusunu İngiltərə klubuna icarəyə verib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanılıb VİDEO

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir

Sabah taksi sürücüləri üçün növbəti imtahan olacaq

Hacıqabulda avtomat, daraq və patronlar aşkarlanıb

Cinayət Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Malavidə ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb

Psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər veriləcək

Macarıstan məktəblərində partlayış təhlükəsi

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib VİDEO

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil

İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib

PMS imtahanının II mərhələsində 1088 nəfər uğur qazanıb

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir

AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib

Rəy sorğusu: Cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplər var

“OliverWyman Group” dünyanın müxtəlif regionlarında 5000-dən çox mütəxəssisi ilə ən yaxşı konsaltinq şirkətlərindəndir

Fransanın xarici ticarət naziri: Tramp Aİ ilə gömrük rüsumlarını artırarsa, cavab tədbirləri görüləcək

Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Mütəxəssis: Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli amildir

Dövlət orqanlarında 512 vakant vəzifə üzrə ümumi müsahibə elan edilir

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

“Qarabağ”ın sabiq futbolçusu dünyanın ən sərrast hücumçuları arasında

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb