ELM VƏ TƏHSİL
“eazi START” innovasiya mərkəzində startap təlimlərinin yeni mərhələsi başlanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” innovasiya mərkəzində startap təlimlərinin yeni mərhələsi başlanıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, mərkəzin israilli mentoru İqor Peerin apardığı treninqlərdə universitetin 50-dən çox tələbəsi iştirak edir.
Fevral ayında keçirilməsi nəzərdə tutulan buraxılış festivalına qədər davam edəcək təlimlərdə kreativ tələbələrin ideyalarına əsaslanan layihələrin üzərində iş aparılacaq.
“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir. Qurumun hədəflərinə dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq daxildir.