CƏMİYYƏT
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı festival keçiriləcək

Bakı, 3 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın əcnəbilərin inteqrasiyası üzrə işçi qrupuna daxil olan “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı festival keçirəcək.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində əcnəbilərin Azərbaycan dilini öyrənməsi səviyyəsini qiymətləndirmək məqsədilə Bakıda seminarlar keçiriləcək. Eyni zamanda, ölkəmizin müxtəlif regionlarına (Şamaxı, İsmayıllı, Qəbələ) ekskursiyaların təşkili nəzərdə tutulur. Layihəyə qoşulmaq arzusunda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu tədbirlərdə iştiraka dəvət edilir.
Tədbirlərdə iştirak etmək istəyənlər (+994) 50 245-58-03 nömrəsi ilə əlaqə saxlaya və ya müvafiq məlumatları (şəxsin adı, soyadı, atasının adı, vətəndaşlığı, faktiki yaşadığı ünvan, əlaqə nömrələri) [email protected] , [email protected] elektron poçtuna göndərə bilərlər.