“EcoHarmony Eswatini” təşkilatının həmtəsisçisi: Bakı forumunda digər ölkələrin təcrübəsini öyrənə bilərik VİDEO

Bakı, 28 aprel, AZƏRTAC
“Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu vacib tədbirdir. Çünki başqa QHT-lərlə bir araya gələrək, onların ölkələrinin üzləşdiyi çətinliklər barədə məlumat ala, həmçinin başqa ölkələrdən yardım istəyə bilməyimiz baxımından əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində “EcoHarmony Eswatini” təşkilatının həmtəsisçisi Dlamini Philie Beketele deyib.
O, öz ölkəsi Esvatininin Cənubi Afrika Respublikası və Mozambik ilə həmsərhəd olduğunu vurğulayıb. Həmçinin bildirib ki, “EcoHarmony Eswatini” təşkilatının fəaliyyəti gənclərin səlahiyyətləndirilməsi və iqlim təhsili sahələrini əhatə edir. “Bu tədbir təşkilatımız üçün olduqca vacibdir. İnkişaf etməkdə olan ölkə olaraq, bizim iqlim sahədə resurslarımız və təcrübəmiz çox azdır. Məhz buna görə forumda digər ölkələrin təcrübəsini öyrənə bilərik”, - deyə forum iştirakçısı əlavə edib.