Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyat Muzeyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Milli Qurtuluş Gününə həsr olunan “Sən tarix yaradan” adlı ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir muzeyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin müəllim və şagirdlərinin iştirakı ilə baş tutub.

Tədbiri açan Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Milli Qurtuluş Gününü Azərbaycanın tarixində, müasir həyatında ən əlamətdar bayramlardan biri kimi səciyyələndirib.

Azərbaycanın XX əsrin başlanğıcında öz istiqlalını qazandığını, dövlət müstəqilliyini əldə etdiyini söyləyən akademik Rafael Hüseynov 1918-ci il mayın 28-də ucaldılan istiqlal bayrağımızın 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində endirildiyini bildirib.

O, cümhuriyyətimizin qurucularının gələcəyə baxaraq söylədiyi və həqiqəti əks etdirən “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsini xatırladaraq, ömür boyu istiqlal eşqini ürəyində daşıyan Azərbaycan xalqının 1991-ci ilin oktyabrında uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdiyini deyib. Qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində xalqımız müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda qədirbilən xalqımız Azərbaycanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu Öndər həmin dövrdə, ilk növbədə, Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi.

“Azərbaycanın böyük xoşbəxtliyidir ki, o dövrdə tarixin çağdaş gerçəkliyinin çox sirlərinə bələd olan Heydər Əliyev kimi dahi şəxsiyyəti var. O, çətin, sınaqlı günlər içərisində Azərbaycan istiqlalını, dövlət müstəqilliyimizi qoruya bildi. Azərbaycan təqvimində 15 iyun tarixi Milli Qurtuluş Günü olmaqla yanaşı, həm də müstəqillik, istiqlal, respublika və milli bayramdır”, - deyə akademik Rafael Hüseynov əlavə edib.

Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan alim ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının məhz bu möhtəşəm tarixdən başlandığını bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi təfəkkürü, uzaqgörənliyi, çətin vəziyyətlər içərisində ən düzgün yolu tapmaq qabiliyyəti sayəsində Azərbaycan çətin və taleyüklü sınaqlardan uğurla çıxıb. Ulu Öndərin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallaşıb.

Akademik Rafael Hüseynov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin müstəqilliyini daha da möhkəmləndirməsindən, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından, şanlı Qələbəmizdən ətraflı bəhs edib.

O, tədbirin keçirildiyi məkanın Azərbaycan istiqlalının, Azərbaycan dövlət müstəqilliyinin başlıca ünvanlarından biri olduğunu söyləyərək, 1918-ci ilin sentyabrından etibarən AXC Nazirlər Kabinetinin “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşdiyini diqqətə çatdırıb. Bildirib ki, burada həm yaşayan, həm də fəaliyyət göstərən hökumət üzvləri, millətin öndə gedən insanları Azərbaycanın gələcəyi ilə bağlı mühüm tədbirlər görüblər. Nazirlər Kabinetinin iclasları bu muzeydə keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi binada qəbul olunub.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayan muzeyin direktoru bildirib ki, həmin ilin fəlsəfəsi ilə bugünkü günün fəlsəfəsi üst-üstə düşür. “Konstitusiya və Suverenlik İli”ndə Milli Qurtuluş Gününü sonsuz qürur və iftixar hissi ilə qeyd edirik. Hazırda Azərbaycan dövləti yaratdığı yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Sonra tədbir iştirakçıları Milli Qurtuluş Gününü əks etdirən videoçarxı izləyib, Ulu Öndər Heydər Əliyevə həsr edilən sərgi ilə tanış olublar.

Tədbirin bədii hissəsi 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin və muzey əməkdaşlarının müxtəlif məktəbləri təmsil edən övladlarının çıxışları ilə davam edib. Məktəblilərin ifasında Xalq şairi Rəsul Rzanın “Mən torpağam”, şair Ənvər Əlibəylinin “Möhtəşəm bir yolun yolçusuyuq biz”, akademik Rafael Hüseynovun “Sən tarixi yaradan”, “Zirvələrdən baxan Öndər”, “Davamçın var” kimi Vətənə, xalqımıza və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirdə iştirakçılara muzey rəhbərliyi adından fəxri fərmanlar təqdim olunub.

Sonda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova çıxış edərək tədbirin təşkilinə görə muzey rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, ədəbi-musiqili tədbir “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlərin davamı olaraq təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq