COP29
Eduardo Reyes: Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Mən 2003-cü il Milan konfransından başlayaraq COP-da iştirak edirəm. Təşkilatımız qlobal meşə salınması ilə məşğuldur. Burada olmağımızın əsas səbəbi odur ki, meşələrin iqlim fəaliyyətində vacib rolunu təbliğ edək.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Ekvatorial Meşələr Dövlətləri Koalisiyasının baş müşaviri, honduraslı iştirakçı Eduardo Reyes bildirib.
Eduardo Reyes qeyd edib ki, 2005-ci ildə Monrealda COP konfransında olarkən təmsil etdiyi təşkilat meşə salınmasında qaz emissiyalarının azaldılması məsələsini qaldırıb.
“Bundan başqa biz indi çalışdıq ki, Paris Sazişinin 5.2 maddəsinə görə razılıq əldə edək. Bu maddə özündə meşələrin dayanıqlı idarəçiliyini ehtiva edir. Həmçinin istəyirik ki, özəl sektor meşə salınması prosesində rol oynasın”, - deyə beynəlxalq təşkilatın rəsmisi bildirib.
Eduardo Reyesin sözlərinə görə, meşələr qlobal istiləşməni 1,5 dərəcə temperaturda saxlamaq üçün olduqca zəruridir: “Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik”.