Əfqanıstan Prezidenti talibləri birbaşa danışıqlara çağırıb
Bakı, 28 yanvar, AZƏRTAC
Əfqanıstan Prezidenti Əşrəf Qani RTA dövlət telekanalının efirində “Taliban” hərəkatını birbaşa danışıqlara çağırıb.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
“Mən “Taliban” hərəkatını Əfqanıstan hökuməti ilə ciddi birbaşa danışıqlara başlamağa çağırıram. Milli birlik, ölkənin müstəqilliyi, ərazi bütövlüyü, güclü mərkəzi hökumət müzakirə edilməyəcək mövzulardır”, - deyə Əşrəf Qani müraciətində bildirib.
“Taliban” hərəkatının iki yolu var, onlar ya öz xalqına dəstək verə, ya da digər dövlətlərin əlində alət ola bilər”, - deyə prezident əlavə edib.
Xatırladaq ki, Əfqanıstanda qarşıdurma tərəfləri arasında birbaşa sülh dialoqları müxtəlif meydançalarda aparılır. 2018-ci il noyabrın 9-da Moskvada baş tutan beynəlxalq görüşə ilk dəfə “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin nümayəndə heyəti də qatılıb. Əfqanıstan hakimiyyətini isə həmin görüşdə hökumətlə taliblər arasında danışıqların vasitəçisi qismində çıxış edən Ali Sülh Şurası təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]