Əfqanıstanda bazara hücum nəticəsində azı altı nəfər həlak olub
Bakı, 5 iyul, AZƏRTAC
Əfqanıstanda minaatan mərmisinin bazara düşməsi nəticəsində ən azı altı dinc sakin həlak olub.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətində qeydə alınıb.
Hücum nəticəsində, həmçinin 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq yerli xəstəxanalara çatdırılıb. Onların arasında uşaqlar da var.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]