Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 9 polis əməkdaşı həlak olub
Bakı, 6 iyul, AZƏRTAC
Əfqanıstanın şimal-qərbində “Taliban” hərəkatı döyüşçülərinin hücumu nəticəsində təhlükəsizlik xidmətinin 9 əməkdaşı həlak olub, 10-u isə yaralanıb.
AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, taliblər Herat əyalətinin qərbində hüquq-mühafizə orqanlarının nümayəndələrinə bu gün səhər saatlarında koordinasiyalı hücum təşkil ediblər.
Əyalətin polis rəisi Əmunullah Ömərhilin sözlərinə görə, “Taliban” hərəkatının silahlıları nəzarət-buraxılış məntəqələrinə Molla Qusuddinin rəhbərliyi altında hücuma keçiblər. Bir neçə saat davam edən döyüşlərdə, həmçinin hücum edən silahlılardan 10-u, o cümlədən Molla Qusuddin öldürülüb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]