Əfqanıstandan Tacikistana narkotik maddə keçirmək istəyən üç qaçaqmalçı öldürülüb
Düşənbə, 20 aprel, AZƏRTAC
Ötən gecə Tacikistan-Əfqanıstan sərhədində, “Saed” zastavası ərazisində Tacikistana böyük miqdarda narkotik maddə keçirməyə cəhd edən əfqan qaçaqmalçıları tacik sərhədçilərin müqaviməti ilə rastlaşıb.
Baş verən atışmada üç əfqan qaçaqmalçısı öldürülüb, biri yaralanıb, bir neçə nəfər isə qaça bilib.
Tacikistan Milli Təhlükəsizlik Komitəsi mətbuat xidmətinin yaydığı məlumata görə, onlardan 45 kiloqram narkotik maddə götürülüb. Sərhədçilər, həmçinin hadisə yerindən iki Kalaşnikov avtomatı, çoxlu patron aşkar ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]