Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekologiya üzrə səfir: Əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır – MÜSAHİBƏ

Ekologiya üzrə səfir: Əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır – MÜSAHİBƏ

Bakı, 22 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Monteneqronun Radio və Televiziyasının Ətraf Mühit Redaksiyasının baş redaktoru, Monteneqronun Ekologiya üzrə səfiri və Davamlı İnkişaf üzrə Milli Şuranın üzvü Daniel Qariç cavablandırır.

- COP29-un ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə olunub. Bu, COP29-un əsas gözləntilərindən biridir. Bu nəticəni necə qiymətləndirirsiniz?

- Bu, şübhəsiz ki, qlobal iqlim danışıqlarında mühüm qərardır. COP29 qlobal karbon bazarının əsasını qoyaraq, 6-cı maddə əsasında Paris Sazişinin mexanizmi üçün yeni əməliyyat standartlarını rəsmi olaraq qəbul etdi. 6-cı maddə əvvəlki COP-larda böyük maneə idi, bəzi ölkələr öz iqtisadiyyatları üçün riskdən qorxurdular. Hələlik danışıqlarda tam irəliləyiş əldə olunmayıb. 6-cı maddə ölkələr və şirkətlər üçün karbon kompensasiyası ilə ticarət etmək üçün iki yol təklif edir. Bu maddə onların iqlim fəaliyyət planlarında müəyyən edilmiş emissiyaların azaldılması hədəflərinə nail olmağı dəstəkləyir.

- Emissiyaların monitorinqi üzrə standartlarla bağlı vəziyyət necədir?

- Karbon kreditlərinin nə qədər daimi və etibarlı olması ilə bağlı fikir ayrılıqlarına görə əvvəllər danışıqlar dayandırılmışdı. Düşünürəm ki, əvvəlki prosedur maneələr indi aradan qaldırılır və nümayəndələr COP29-da digər mühüm məsələləri həll etməkdə daha asan vaxt əldə edəcəklər. Bununla belə, vurğulamaq lazımdır ki, biz hələ də emissiyaların monitorinqi üçün dəqiq standartlara malik deyilik və bu, bazarın uzunmüddətli etibarlılığı üçün çox vacibdir.

- Beynəlxalq maliyyə korporasiyaları və bank institutları artıq iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bütün bunlar yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmaya nail olmaq üçün mükəmməl mühit yaradır. Bu danışıqların nəticəsini necə görürsünüz?

- Mən burada ehtiyatlı nikbinliyi ifadə edərdim. Təbii ki, bu, yaxşı və faydalı başlanğıcdır və bu, sıfır səviyyəsindən irəlilədiyimizi bildirir. İndi iqlim böhranını həll etmək üçün maliyyə mexanizmlərinə ehtiyacımız var. Bu nailiyyətə baxmayaraq, 6-cı maddənin əsas elementləri, xüsusən də ölkələr arasında ikitərəfli ticarəti tənzimləyən 6.2-ci maddə həll edilməmiş qalır. Aİ və ABŞ şəffaflıq tələbi ilə bağlı fikir ayrılığındadırlar, COP29-da danışıqlar davam etdikcə nə baş verəcəyini görəcəyik. Təbii ki, əvvəlki COP təşkilatçılarının bacarmadıqları nailiyyətlərə görə Azərbaycanı təbrik etmək lazımdır.

- Niyə hələ də maliyyələşmə ilə bağlı konsensus əldə etmək mümkün olmayıb?

- COP29-da maliyyələşdirmə gündəmin başındadır. Biz bilirik ki, bu günə qədər acgöz geosiyasi yarışa görə kifayət qədər pul ayrılmayıb. Artıq temperaturun əvvəlkindən 1,4 dərəcə yüksək olduğu bir şəraitdə təbii fəlakətlərlə mübarizə üçün gündə bir milyard dollardan çox vəsaitə ehtiyacımız var. Belə davam etsə, təsəvvür edə bilərsiniz ki, 5-10 ildən sonra bizə nə qədər pul lazım olacaq. Dünya Bankının 170 milyard dollarlıq iqlim maliyyəsi qərarı yaxşı əlamətdir. Ancaq bilməlisiniz ki, Dünya Bankının siyasəti Amerikanın siyasətindən asılıdır. Dünya Bankının prezidentini kimin təyin etdiyini bilirik.

- Sizcə, ABŞ yaşıl iqtisadiyyatı maliyyələşdirməkdən uzaqlaşa bilərmi?

- Xatırlayaq ki, cəmi iki il əvvəl ABŞ Prezidenti Co Bayden qalıq yanacaqları maliyyələşdirdiyi və yaşıl siyasətlərə sərmayə qoymaq istəmədiyi üçün Dünya Bankının prezidenti Devid Malpassı işdən çıxarmışdı. İndi bizim Dünya Bankının yeni prezidenti var, o, 170 milyon ayırır. Amma bu yaxınlarda ABŞ-da yaşıl siyasətə inanmayan yeni prezident seçildi. Yəni, biz bilmirik ki, bu, Dünya Bankının sadəcə bir maliyyə inyeksiyasıdır, yoxsa uzunmüddətli öhdəlikdir? Tramp Dünya Bankının yeni prezidentini təyin edəcəkmi və qlobal iqlimin bərpası səylərinə sərmayə qoymağa hazır olacaqmı? Bütün bu suallar nəzərə alınmalıdır.

- Azərbaycan yaşıl enerjiyə keçiddə Cənubi Qafqaz regionunda liderdir. Aİ və Azərbaycan bu istiqamətdə necə əməkdaşlıq edə bilər?

- Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Avropa İttifaqı Azərbaycana ən böyük investordur. Azərbaycan üçün ən vacibi Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün Aİ-nin təklif etdiyi yardımdan istifadə etməkdir. Cənub Qaz Dəhlizi Xəzər dənizindən qazın Avropa bazarlarına çatdırılması üçün strateji layihə hesab olunur. Ukraynadakı müharibədən sonra Avropa İttifaqı davamlı olaraq enerji böhranından danışır. O, bu dəhlizi Avropanın enerji təchizatının təhlükəsizliyinin yaxşılaşdırılması üçün vacib hesab edir. 2019-cu ildə Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığına (E5P) qoşulub və enerji sektorunda, o cümlədən enerji səmərəliliyində Aİ-nin gələcək dəstəyi “EU4Energy” təşəbbüsü vasitəsilə təmin edilir. Bildiyimə görə, Azərbaycanla ətraf mühit və iqlim məqsədləri sahəsində də əməkdaşlıq mövcuddur. “Water+” təşəbbüsü, “EU4 Climate” və “EU4 Environment” kimi proqramlar var. Bu təşəbbüslər Azərbaycanın Paris Sazişinə Milli Müəyyənləşdirilmiş Töhfələri (NDC) yerinə yetirməsinə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına kömək edir.

- Yaşıl keçidi sürətləndirmək üçün Azərbaycan hansı tədbirləri görməlidir?

- Hesab edirəm ki, Azərbaycan “qalıq yanacaq ölkəsi” kimi mütərəqqi Avropa siyasətini izləməlidir. Brüssel yeganə qlobal oyunçudur ki, dəqiq müəyyən edilmiş məqsədləri var və onlara nail olur. Aİ 2025-ci ilə qədər ilk “karbon neytral” qitə olmaq istəyir. Bu, bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla ticarət siyasətinə təsir edəcək. Əgər rəsm Bakı enerji keçidini vaxtında başa çatdırmasa, mən qorxuram ki, onun Aİ ilə ticarəti risk altında ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Imperial Springs” Beynəlxalq Forumunda iştirak edib

Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək

Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Qax Dövlət Kukla Teatrı uşaqlar üçün əyləncəli bayram proqramı hazırlayır

Veteran futbolçu: İnanıram ki, yenidən Göyçə gölünün sahilində dincələcək, buz kimi bulaqlardan su içəcəyik

Parlament bir sıra qanunlara dəyişikliyi birinci oxunuşda təsdiqləyib

Azərbaycanda yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyən edilir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

GDU-nun nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir

Almaniyada bir sıra şirkətlər elektrik enerjisi qiymətlərinin bahalığı ilə əlaqədar istehsalı dayandırır

® HUAWEI Dubayda keçirilən “Unfold the Classic” təqdimatında qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirib

Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub

SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Şəhərsalma məcəlləsinə dəyişiklik elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını dəstəkləyir

Murad Musayev “Sabah” klubunun qonağı olub

“Gənc istedadlar” liseyinin şagirdi Rumıniyada keçirilmiş olimpiadanın bürünc mükafatçısı olub

Bakıda II Təhlükəsiz İdman Forumu keçirilib

Monako “Dünya İdman Paytaxtı” seçilib

COP29-da iştirak edən CAR nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təşkilatçılıq təcrübəsi digər dövlətlər üçün nümunədir

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması üçün bir sıra sənədlərə dəyişiklik edilir

Yüksək Texnologiyalar Parkı və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb

Avropa İttifaqı dron ordusu formalaşdıra bilər

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib

ABŞ-da Maskın “Neuralink” şirkətinə qarşı araşdırma başlayıb

84 yaşlı keçmiş məcburi köçkün: Şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu

Estoniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 14-də yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi gözlənilir

Füzulidə ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar tibbi müayinə keçirilib

Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY

Moskvada Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi anılıb

Macarıstanın XİN başçısı Qərbin Gürcüstanla bağlı münasibətini tənqid edib

Xocalıya köçən sakin: Duyğularımı sözlə ifadə edə bilmirəm

Körfəz ölkələrinin turizm şirkətləri üçün tanışlıq səfəri təşkil olunub

Naxçıvanda vergi ödəyicilərinin sayı 13 faizdən çox artıb

Bu il dövlət qeydiyyatından keçən kommersiya qurumlarının 11 faizə qədəri xarici investisiyalı olub

Xocalıya növbəti köç karvanı yola düşüb FOTO VİDEO

® “The Banker” ABB-ni bu il də “İlin bankı” elan edib!

Ali Məhkəmə kommunal xidmətlərlə əlaqədar yaranan borcla bağlı mühüm qərar verib

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 11 faiz artıb

Xurma bağlarının hər hektarına görə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək

Azərbaycan millisinin futzalçısı: Xalqımızı yaxşı nəticə ilə sevindirmək istəyirik

İstanbulda “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçiriləcək

DVX: Naxçıvan vergi orqanlarına daxil olmuş müraciətlərin 95 faizdən çoxu həll edilib

Filippində Kanlaon vulkanının püskürməsindən sonra 45 mindən çox insan təxliyə olunub

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan futzal millisinin baş məşqçisi: İsveçlə oyuna qələbə üçün çıxacağıq

Azərbaycan futzal millisi İsveçlə oyuna hazırlaşır - FOTOLAR

Ötən ay Dövlət Vergi Xidmətinin aparatında 80 vətəndaşın müraciəti dinlənilib

“İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılışı olub

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 7 faizədək artıb

"ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində

Bakının ev sahibliyi edəcəyi badminton üzrə Avropa çempionatının iştirakçı ölkələri açıqlanıb

İordaniyada yaşlılara qulluq mərkəzində baş verən yanğında 6 nəfər ölüb

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsində 25 komanda ilə təmsil olunur

Si Cinpin Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək

Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib

Əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Bakıda III Milli Pediatriya Konqresi keçirilir

BANM-də əcnəbi tələbələrlə görüş keçirilib

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin mütləq əksəriyyəti hüquqi şəxslərin payına düşüb

“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib

Minatəmizləmə fəaliyyəti ilə bağlı qanun layihəsi təsdiqlənib

İsveç klubunun baş məşqçisi: "Qarabağ"la oyunda vacib qələbə qazandıq VİDEO

İZİA Müşahidə Şurasının iclası keçirilib

Taksi sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları operatorunun məsul şəxsləri üçün imtahan keçiriləcək

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub

Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb

Milli Məclisin plenar iclası keçirilir

Ağcabədidə istehlaka yararsız ətin satışının qarşısı alınıb

“Sənətkarın dostu” layihəsi davam edir

DİN: Xətai rayonunda narkokuryerlik edənlərə qarşı silsilə əməliyyatlar keçirilib VİDEO

Azərbaycanın gimnastika hakimi birinci kateqoriyaya yüksəlib

BDU ilk dəfə “GreenMetric” reytinqində yer alıb

Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə üç kateqoriya üzrə mükafat qazanıb

“AZSTANDART Halal” “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən akkreditasiya olunub

Dünya birjalarında neft bahalaşıb

Bu gün Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq

Ədliyyə Nazirliyinin Probasiya xidməti Avropa Probasiya Konfederasiyasına üzv qəbul edilib

Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Kənd təsərrüfatı nazirinin müavini Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan nefti ucuzlaşıb

DİN: Ötən gün 39 cinayətin üstü açılıb

İsveç yeni qırıcı təyyarənin hazırlanmasını sürətləndirir

ABŞ hipersəs raketini uğurla sınaqdan keçirib

Bakıda bir sıra yollarda sıxlıq yaranıb

ABŞ Ukraynaya yarım milyard dollarlıq yeni yardım paketini açıqlayıb

Alimlər: Antibiotiklərə davamlı bakteriyaların yayılması səhiyyə sahəsində ciddi narahatlıq doğurur

Şuşaya mövsümün ilk qarı yağıb

Vaşinqtonda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib VİDEO

Qurban Qurbanov: Bu oyunu unudub, irəliyə baxmalıyıq VİDEO

Rumıniya və Bolqarıstan gələn il yanvarın 1-dən Şengen zonasının tam üzvlüyünə nail olacaq

Gürcüstanda yeni nazirlik yaradılıb

Uşaqlara sosial medianın qadağan edilməsi onları zərərdən qoruyacaqmı?

Almaniyada əhaliyə fövqəladə vəziyyətlərə hazır olmaq barədə xəbərdarlıq edilib