Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: Ötən il ölkəmizdə infrastruktur layihələrinin reallaşdırılması baxımından çox uğurlu bir il kimi dəyərləndirilməlidir

Ekspert: Ötən il ölkəmizdə infrastruktur layihələrinin reallaşdırılması baxımından çox uğurlu bir il kimi dəyərləndirilməlidir

Bakı, 18 yanvar, Elvira Məmmədova, AZƏRTAC 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunan faktiki materialların təhlili və dəyərləndirilməsi birmənalı göstərir ki, ötən il ölkəmizdə infrastruktur layihələrinin reallaşdırılması baxımından çox uğurlu bir il kimi dəyərləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, ekspert Məhiş Əhmədov deyib.

Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi birmənalı sübut edir ki, ölkədə müasir dünya standartlarına cavab verən güclü iqtisadi və sosial infrastruktur yaratmadan milli iqtisadiyyatın dinamik, davamlı artımına insan kapitalının inkişafına nail olmaq, ölkənin iqtisadi təhlükəsizliyini, rəqabətqabiliyyətliliyini təmin etmək mümkün deyil.

Müasir dövrdə Azərbaycanda reallaşdırılan infrastruktur layihələrinin ən xarakterik cəhəti ondan ibarətdir ki, bir qayda olaraq onlar dövlətin maliyyə imkanları hesabına həyata keçirilir. Çünki yeni yaradılan infrastrukturlar ölkənin iqtisadi inkişaf strategiyasına uyğun prioritet sahələrin, qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, turizmin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, sosial problemlərin həllinə çox güclü təkan verir.

Təkcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt Sənaye Parkında dövlət maliyyəsi hesabına dəyəri 1 milyard dollardan çox olan infrastrukturun yaradılması, bu gün orada bir neçə zavodun tikilməsinə və orada böyük sənaye kompleksinin yaranmasına səbəb olub.

Əvvəlki illərdə reallaşdırılmasına başlanan böyük qlobal layihələr 2017-ci ildə başa çatdırılıb və ya başa çatmaq üzrədir. Belə ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faiz, TANAP layihəsinin icrası 90 faiz yerinə yetirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Bu obrazlı “İpək dəmir yolu” kimi adlandırılan xəttin istifadəyə verilməsinin birinci mərhələsində 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton yükün daşınması nəzərdə tutulub. Ötən il Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatdırılması istiqamətində çox böyük işlər görülüb. Yaxın vaxtlarda onun istifadəyə verilməsi gözlənilir. Limanın istifadəyə verilməsinin birinci mərhələsində onun yükötürmə qabiliyyəti 15 milyon ton və 100 min konteyner olacaq. Qeyd etmək lazımdır ki, bütün bu infrastrukturlardan ölkəmizin əldə edəcəyi gəlirlər ancaq yükdaşıma və yükötürmə ilə məhdudlaşmır. Ölkəmiz Azərbaycan ərazisindən keçən yüklərin daşınması, saxlanması, sertifikatlaşması və s. xidmətlər zamanı yaranan əlavə dəyər zəncirində iştirak etməklə böyük gəlir əldə edəcək.

Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməklə bağlı prinsipial yanaşmasına uyğun olaraq 2004-cü ildən başlayaraq, ölkəmizdə neft strategiyasının uğurla reallaşdırılması nəticəsində əldə olunan maliyyə imkanlarının əhəmiyyətli hissəsi ölkəmizdə müvafiq sosial infrastrukturun yaradılmasına yönəldilib. Bu illər ərzində ölkəmizdə 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya mərkəzi tikilmiş, 11 min kilometrdən çox yol salınıb.

Ötən ilin sonuna qazlaşma səviyyəsi 93 faizə çatıb, 100 min hektardan çox sahə suvarma sistemi ilə təmin olunub, 500-dən çox kəndə birləşdirən 1300 kilometr avtomobil yolu, 750 kilometrdən çox ictimai su xətti çəkilib.

Təkcə 2017-ci ildə ölkəmizdə 113 məktəb tikilib, 14 məktəb əsaslı təmir olunub, iki Olimpiya İdman Mərkəzi istifadəyə verilib, 2300 köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb, erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndində 150 evdən ibarət və bütün zəruri infrastrukturla təmin olunmuş qəsəbə salınıb.

Ötən il elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisinə 650 milyon manat vəsait sərf olunub, ölkənin əsas enerji su, qaz təchizatının, nəqliyyat, kommunal, meliorasiya infrastrukturunun tikintisinə və yenidən qurulmasına 1 milyard 237 milyon manat vəsait sərf edilib.

Ölkəmizdə sosial infrastrukturlar arasında “ASAN xidmət” mərkəzlərinin rolu xüsusi qeyd olunmalıdır. Qeyd etmək kifayətdir ki, “ASAN xidmət” mərkəzlərinin yarandığı qısa müddət ərzində 20 milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edib. Göründüyü kimi, müstəqillik illərində Azərbaycanda neft strategiyasının uğurla reallaşdırılması nəticəsində yaranan maliyyə imkanları hesabına son illər ərzində çoxtəyinatlı müasir iqtisadi və sosial infrastruktur yaradılıb ki, bu da uzun illər boyu xalqımızın sosial rifahının daim yaxşılaşdırılmasına və məşğulluğunun yüksəldilməsinə böyük zəmin yaradır. Bütünlükdə 2017-ci ildə ölkə üzrə 221 min yeni iş yeri yaradılıb ki, onun da 177 mini daimi iş yeri olub.

Məhz bütün bu işlərin məntiqi nəticəsidir ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan infrastrukturun mövcud vəziyyəti və inkişafı səviyyəsinə görə 2017-ci ildə 4 pillə yüksələrək 51-ci yerə qalxıb. Bu da MDB məkanında və region ölkələri arasında ən yaxşı göstəricidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqatçılar insan səsindən hipertoniyanı aşkar etməyin yolunu tapıblar

İtaliyada uşaqlara smartfon və sosial şəbəkələrdən istifadə qadağan edilə bilər

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib

Haaqada COP29-a həsr edilmiş konfrans keçirilib

Norveç Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır

Dünya Köçəri Oyunları: Azərbaycan idmançıları bürünc medal qazanıblar

ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketini açıqlayıb

Danimarka qəzetində Ermənistanla Azərbaycan arasında sülh prosesi barədə məqalə dərc edilib

XİN: Aİ-nin qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir

Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 64 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 63 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Serbiya və İsrail tezliklə azad ticarət sazişi imzalayacaq

Gürcüstanın Baş naziri müxalifətlə debatdan imtina edib

XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

M.Zaxarova: Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək etməyə hazırdır

İrakli Kobaxidze: Ukrayna hakimiyyəti Gürcüstan ilə münasibətləri inkişaf etdirmək istəmir

Harris və Tramp anım mərasimində yenidən bir araya gəliblər

Kahramanmaraşda “Azərbaycan” yaşayış massivinin tikintisi sürətlə davam edir

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatar qəfil yoluna çıxan qadını vururaq öldürüb

Fransada deputat mandat büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır

Böyük Britaniya Ukraynaya 600 milyon funt-sterlinqdən çox yardım paketi elan edib

Elman Həsənov: 17 Radio-Televiziya Yayım Stansiyasının hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Nazir: Təhsil sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin bariz nümunəsidir

Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub

Muxtar respublikada dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

Bakıdan Sumqayıta və əks istiqamətə qatar reyslərinin sayı artırılır

Sumqayıtda mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb

Texas Universitetinin professoru: Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram

Goranboyda toxum sərgi-satış yarmarkası keçirilib

Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Nazirlik nümayəndəsi: Məqsədimiz gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Dostuq və qardaşlıq rəmzi: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub

Muxtar respublikada sənaye məhsulu istehsalı artıb

Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA

BDU da “TələbəPlus” layihəsinə qoşuldu

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bakıda bir neçə dayanacaq pavilyonu istifadəyə verilib

“Lökbatan dairəsi”ndə yolun təmiri həyata keçirilir

Azərbaycan klubu beş basketbolçu ilə yollarını ayırıb

“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

ADSEA Füzuli və Şuşa sakinlərini işlə təmin edib

Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyaları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

Britaniyanın xarici işlər naziri və ABŞ Dövlət katibi Kiyevə səfər ediblər

Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub

Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib VİDEO

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında 13 faizlik artım qeydə alınıb

Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur

Səyyar “ASAN xidmət” Xaçmazda

“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir

BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

® Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırıb

“Qurdoğlu” tarixi romanı işıq üzü görüb

Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycan klubu daha bir amerikalı basketbolçunu transfer edib

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

Azərbaycanda blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində AYİB-in iştirakı müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ağdamda 55 yaşlı kişini ilan sancıb

® “Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib

Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələr öyrənilir

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü “Ana tarla” tamaşası ilə açıb

Naxçıvanda ÜDM istehsalı 950 milyon manatı ötüb

Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir

Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

Ortaq Türk Əlifbasındakı hərflərin Türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib AÇIQLAMA

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb

Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir