Eksternat imtahanlarında 134 nəfər uğur qazanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Paytaxt üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında 218 nəfər iştirak edib. Onlardan 134-ü imtahanlarda uğur qazanıb.
Eksternlər iki gün ərzində hərəsində 10 sual olmaqla, ümumi orta təhsil səviyyəsi üzrə 12, tam orta təhsil səviyyəsi üzrə isə 11 fəndən imtahan veriblər. Rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənn üzrə (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə www.dim.gov.az saytına daxil olaraq məlumat əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]