EL ŞAİRLƏRİNİN GÖRÜŞÜ
Bu günlərdə Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Gürcüstanda yaşayan azərbaycanlı el şairlərinin görüşü keçirilmişdir. Görüşü mərkəzin direktoru Məmməd Gülməmmədov açaraq, aşıqlar diyarı Borçalının keçmişdə də, indi də el şairləri ilə məşhur olduğunu vurğulamışdır. Diqqətəlayiq haldır ki, onların yaradıcılığında el-obaya bağlılıq, Vətən sevgisi, Vətənin tərənnümü, gənclərin sağlam ruhda, qeyrətlə böyüməsi mövzusu əsas yer tutur. Borçalı şairlərinin kitabları Tbilisidə, Bakıda, Türkiyədə nəşr olunur, dövri mətbuatda tez-tez çap edilir.
Sonra el şairlərindən Dəryeyinur Allahverdiyev, Mustafa Bədirov, Alı Sofiyev və başqaları yeni şerlərini oxumuş, bədahətən şerlər söyləmiş, tədbirin təşkilatçılarına təşəkkür etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]