Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Bakı, 11 may, Ramiz Quliyev, AZƏRTAC

Memarlıq maddi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də inşaat incəsənəti kimi mənəvi xüsusiyyətləri də özündə əks etdirir. Tarixən zəngin mədəniyyətə malik xalqlar öz memarlıq üslubları ilə ad çıxarıblar. Hətta tikinti zamanı müxtəlif çalarlardan istifadə, xarici və daxili kompozisiyanın qurulması zamanı proporsiya, simmetriya və asimmetriya prinsiplərindən istifadə həmin xalqın mədəniyyət göstəricisi olub. Belə memarlıq nümunələrinə digər qonşu xalqların da öz üslublarını əlavə etməsi əvəzsiz maddi-mənəvi inşaat nümunəsinin ortaya çıxmasına səbəb olub.

Şərqlə Qərbin qoynunda yerləşən, zəngin tarixə malik Azərbaycanın paytaxtı Bakı isə qədim ilə müasirliyin vəhdətində qurulur. Şəhərin memarlıq görkəminə, Bakının simasına təkcə onun tarixi tikililəri deyil, müasir binaları, göydələnləri gözəllik ahəngi verir. Uzun müzakirələrdən, ekspert rəylərindən sonra ötən ilin sonunda Bakının Baş Planı da təsdiq edildi. Paytaxtın memarlığı ilə bağlı gələcək yol xəritəsini müəyyənləşdirən bu sənəd, yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq.

AZƏRTAC ölkədə görülən memarlıq və inşaatı işlərilə bağlı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilə olan müsahibəni təqdim edir.

- Bakının Baş Planı təsdiq edildi. Hazırda bu istiqamətdə hansı işlər görülür? Yaxın gələcəkdə Baş Plan çərçivəsində hansı irimiqyaslı layihələrin həyata keçirilməsi gözlənilir?

- Baş Plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş Plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir. Əlbəttə ki, Baş Plan əsasında şəhərin müxtəlif hissələrində konkret işlər görüləcək. Bu işlər üzrə artıq layihələndirmə proseslərinə başlanılıb. Məsələn, Baş Planın ən vacib sahələrindən biri nəqliyyat infrastrukturudur. Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb. Zənnimcə, ikinci vacib məsələ paytaxt ərazisində olan 1-2 mərtəbəli yararsız məhəllələrin, hətta deyərdim böyük bir rayonların yerində müasir yaşayış evlərinin tikintisidir.

- Bakıda hazırda hansı tarixi binaların bərpa prosesi aparılır və bu işləri necə dəyərləndirərdiniz?

- Bakı qədim şəhərdir. Bakının tarixi mərkəzini təşkil edən ərazidə yüzlərlə memarlıq abidələri var. Bunların əksəriyyəti dövlət tərəfindən mühafizə olunur və mütəmadi bərpa-təmir işləri aparılır. Lakin etiraf edək ki, bu problem yalnız dövlətə aid olmamalıdır. Bu, bizim ümummilli sərvətimizdir. Bu sərvətə xalq-millət öz münasibətini göstərməlidir. İlk növbədə onu qoruyub saxlamalıdır. Çox təəssüf ki, bir çox hallarda abidələrin korlanması hallarına rast gəlirik. Bunu edənlər əsasən həmin ərazilərdə yaşayan və ya fəaliyyət göstərən insanlardır. Bu məsələyə ciddi yanaşmaq lazımdır. İkincisi, bu gün Azərbaycan bəlkə də yeganə ölkədir ki, tarixi abidələrin bərpası, qorunub saxlanılması təkcə dövlət tərəfindən aparılır. Halbuki, dünyada bu işlərə imkanlı adamlar, biznesmenlər öz paylarını mütləq verirlər. Bəs niyə azərbaycanlı iş adamları, dövlətə, Mədəniyyət Nazirliyinə müraciət etmirlər ki, “mənə də bərpaya ehtiyacı olan bir abidə verin, öz vəsaitim hesabına elmi cəhətdən əsaslandırılmış layihə ilə onun bərpasını edim”. Mən hələ bununla rastlaşmamışam. Amma bu, olmalıdır. Bütün dünyada belədir. Əgər biz vətənpərvərlikdən danışırıqsa, onun ən birinci göstəricilərindən biri də öz mədəniyyətinə və tarixinə olan münasibət və hörmətlə bağlıdır. Bu, mütləq olmalıdır. Mən iş adamlarına müraciət edirəm. Xeyirxahlıq təkcə yoxsul adamlara kömək etmək deyil, xeyirxahlıq həm də öz mədəni irsini qoruyub saxlamaqdır.

- Paytaxtın mərkəzi hissələrində bəzi hallarda çoxmərtəbəli binaların tikintisi zamanı zəruri məsafə gözlənilmir. Bu isə şəhərsalmanın norma və qaydalarına zidd olmaqla yanaşı, insanları narahat edir. Bu problem necə həll edilməlidir və Memarlar İttifaqının bu istiqamətdə hansı tövsiyələri var?

- Bakının mərkəzi hissəsi yeni tikililərlə, müasir binalarla həddindən artıq yüklənib. Mən demirəm ki, mərkəzi hissədə yeni, müasir binalar olmasın. Hər dövr Bakının simasında öz izini qoymalıdır və keçmiş irs gələcək nəsillərə ötürülməlidir. Amma Bakının mərkəzi xüsusi bir ərazidir. Burada yanaşmalar da xüsusi olmalıdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşəndə müxtəlif istiqamətlərdə söhbətlər aparıldı. Mən Memarlar İttifaqının sədri olaraq çıxışımda dedim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir. Bu tarixi sərhədlər daxilində bütün fəaliyyət növləri mütləq məhdudlaşdırılmalı, xüsusi şərtlər olmalıdır. Bakının yeni Baş Planında bu ərazilərin sərhədləri artıq təsdiqlənib və bu ərazidə reqlamentlər qoyulub. Həm hündürlük, həm sıxlıq. Bu məsələlərə artıq başqa cür baxılacaq. Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”. Gəlin bundan sonra yaşadığımız mühiti və onun qorunub saxlanılmasını düşünək. Bizim təklifimiz yeni Baş Planın hazırlanmasında ən əsas tələblərindən biri idi. Bu məsələ reallaşdı və artıq reqlamentlər qoyulub ki, şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq. Eyni zamanda, şəhərdə sıxlığın da qarşısı alınacaq.

- Memarlıq tikinti sektoru ilə sıx bağlıdır. Hazırda ölkəmizdə bina tikintisi ilə bağlı xarici ölkələrin təcrübəsindən istifadə edilirmi?

- Memarlıq və inşaat daima dünyada baş verən yenilikləri tez qəbul edən sahələrdən biridir. Məsələn, yeni tikinti texnologiyaları mövcuddur. Betonların möhkəmləndirilməsində, armaturun hazırlanmasında, eyni zamanda, binaların avadanlığında, insanların rahat yaşaması üçün də yeni texnologiyalardan istifadə edilir. Əvvəllər memarlar öz layihələrində binalarda ayrıca havalandırma sistemini düşünmürdülər. Bu gün xüsusi rabitə xətləri, internet var. Odur ki, müasirlik bizim memarlıq fəaliyyətində əsas yerlərdən birini tutur. Bildiyimiz kimi, ölkəmizdə yerli şirkətlərlə yanaşı, xarici tikinti şirkətləri də, o cümlədən Avstriya, İngiltərə, Almaniya, həmçinin Türkiyə şirkətləri iştirak edirlər. Onların müasir, qabaqcıl təcrübəsindən istifadə olunur. Bizim memarların da yeniliklərindən bəhrələnmək üçün gözəl imkanlarımız var. Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqı ilə birgə 2 ildən bir beynəlxalq memarlıq müsabiqəsi keçirir. Ötən il keçirilən müsabiqədə 40-dan çox ölkədən 300-ə yaxın layihə təqdim olunub. Azərbaycan memarları da bu yeniliklərlə yaxından tanış olaraq istifadə edirlər.

- Bu günün memarları nəyi bilməli, hansı innovativ biliklərə yiyələnməlidirlər?

- Memarlara ali təhsil müəssisələrində lazımi bilik və bacarıqlar verilir. Həqiqətən memar olmaq istəyən insanlar üçün bu gün hər cür şərait yaradılıb. İnternet resursları, xarici nəşrlərdən bəhrələnə bilərlər. Məncə memarın uğurlu olması üçün ilk növbədə onun vətənpərvər olması lazımdır. Bilməlidir ki, yaratdığı əsər yalnız onun zövqünü təmin etmir, xalqının mədəni səviyyəsini təmsil etməlidir. Yəni memarın layihəsi o dərəcədə cəlbedici, müasir olsun ki, onu görənlər desin ki, “bunu azərbaycanlı memar edib, demək ki, Azərbaycan xalqının mədəni səviyyəsi çox yüksəkdir”. Əsas tələb budur.

- İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış və acınacaqlı vəziyyətdə olan yüzlərlə memarlıq abidələri var. Onların bərpası sahəsində vəziyyət necədir? Bu abidələrin bərpası yerli, yoxsa xarici mütəxəssislər tərəfindən aparılır?

- İşğaldan azad edilmiş ərazilərin hamısında olmuşam. Çox acınacaqlı bir vəziyyətdir. Hər dəfə də düşünürəm ki, bu, insan əməli deyil. Bunu edən cinayətkarlar, əslində, vəhşi bir məxluqdur. Məsələn, Türkiyədə bu günə qədər bütün abidələr məhəbbətlə qorunub saxlanılır. Onlar da digər xalqlara məxsus abidələri dağıda bilərdilər. Çox təəssüf ki, ermənilər bu əraziləri viran qoyub, yerlə-yeksan ediblər. Buna baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə bir sıra uçuq-sökük abidələr qalıb. Bu gün onların üzərində işlər aparılır. Məsələn, Ağdamda Cümə məscidi Avstriya mütəxəssisləri tərəfindən bərpa olunur. Hazırda işlər tamamlanma ərəfəsindədir. Bərpa işləri çox yüksək və peşəkarlıqla aparılır. Onlarla yanaşı, Şuşadakı məscidləri bizim memarlar bərpa ediblər. Burada əsas odur ki, dağıdılmış tarixi–mədəni abidələrimiz elmi əsaslarla və olduğu kimi bərpa olunsun. Bu işlərə müvafiq dövlət qurumları, həmçinin Mədəniyyət Nazirliyi xüsusi nəzarət edir. Onlar daim o bölgələrdə olurlar. Bu proses gedir. Bütün bunlarla yanaşı bərpa prosesini təkcə dövlətdən gözləmək ədalətsizlik olardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb

Fransada əczaçılar tətil keçirəcəklər

İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib

İtaliya demoqrafik böhran riski ilə üzləşib

Qətərin biznes mərkəzlərinin fasadı Azərbaycan bayrağı ilə işıqlandırılıb

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB VİDEO

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan