Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əhmədov: Azərbaycanın prinsipial mövqeyi Ermənistanı və Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərləri”ni təşvişə salır

Elçin Əhmədov: Azərbaycanın prinsipial mövqeyi Ermənistanı və Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərləri”ni təşvişə salır

Bakı, 25 iyul, AZƏRTAC

Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Hazırda Ermənistanın yeni rəhbərliyinin münaqişənin nizama salınmasında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe uzun illərdir davam edən işğalçılıq siyasətini qoruyub saxlamaq məqsədi daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov bildirib.

Elçin Əhmədov qeyd edib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa İttifaqı və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir. Bu baxımdan Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda da Ermənistanın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, daxili problemlərin həllində aciz qalan Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına biganə münasibəti gərginliyin artmasına səbəb ola bilər. Bu baxımdan münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmaması Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə bilər. Bundan əlavə, Ermənistanın yeni rəhbərliyi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilərlər.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlər zamanı danışıqların məhz Ermənistanla Azərbaycan arasında aparıldığını bildirib. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınmışdı ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qaraba¬ğın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi danışıqlarda iştirak etməlidirlər. Yəni, bu beynəlxalq formatdır. Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur - E.Ə). Bununla yanaşı, əgər Dağlıq Qarabağın erməni icması münaqişənin nizama salınması üçün aparılan danışıqlarda iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşə bilərlər. Buna görə də Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Bu baxımdan, hətta Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın uzun müddətdir davam edən qeyri-müəyyənlikdən haqlı olaraq narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək niyyətini gücləndirə biləcəyi qeyd edilir. Eyni zamanda, münaqişənin yenidən alovlanmasının 2016-cı ilin Aprel döyüşlərindən də ağır nəticələrə gətirib çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə getməkdən imtina edən Ermənistan hökuməti sərhəd bölgəsindəki dinc əhalinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində raketlərin və artilleriyanın yaxınlığında yaşayan erməninin taleyini düşünməlidir. Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində Azərbaycan dövləti çox mühüm işlər aparır. Xüsusilə, Azərbaycan Prezidentinin qəti və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində çıxışları təcavüzkar Ermənistanı və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı, heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin “rəhbərləri”ni təşvişə salır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə ifşa edərək 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətin tam iflasa uğradığını bildirdi: “Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu”.

Ermənistanın cinayətkar rejiminin çökməsində Azərbaycanın da rolunun olduğunu bildirən dövlət başçısı İlham Əliyev bizim apardığımız siyasət nəticəsində Ermənistanın onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildiyini və nə qədər ki, torpaqlarımız işğal altındadır, bizin təcavüzkara qarşı təcrid siyasətimizi aparacağımızı bir daha diqqətə çatdırdı: “Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın”.

Təcavüzkar dövlətdə demoqrafik vəziyyətin acınacaqlı olduğunu və hər il Ermənistandan minimum 50-60 min insanın xarici ölkələrə köç etdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı: “Aprel döyüşləri cinayətkar rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi”.

Ermənistanın işğalçı siyasətinin nəticəsində bu ağır vəziyyətə düşdüklərini bildirən Prezident münaqişənin həllinin yalnız bir yolu olduğunu bəyan edərək dedi ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır: “Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”.

Azərbaycanın beynəlxalq əlaqələrinin günü-gündən möhkəmləndiyini, ərazi bütövlüyünə dəstəyin artdığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Eyni zamanda, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və siyasətimiz böyük dəstək alır.

Bununla yanaşı, dövlət başçısı onu da diqqətə çatdırdı ki, ötən ay keçirilmiş hərbi paradda Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, eləcə də Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir. Eyni zamanda, ordumuzun döyüş qabiliyyətinin çox yüksək səviyyədə olduğunu və bunun yaxın tarixdə sübut edildiyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağımızın işğalçılardan azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir: “Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən?”

Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Dağlıq Qarabağın bizim əzəli tarixi torpağımız olduğunu bir daha bəyan edərək qeyd etdi ki, biz ərazi bütövlüyümüzü bərpa etməliyik: “Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən”.

Ermənistanın rəhbərliyi, eləcə də qondarma rejimin rəhbərləri unutmamalıdırlar ki, Prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan bayrağı tarixi torpağımız olan Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu, Azərbaycan dövlətinin, Prezidentinin və xalqının qəti, prinsipial mövqeyidir. Bunu Ermənistanda və Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar nümayəndələri heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil. Azərbaycan Prezidentinin hər zaman verdiyi bəyanatlar isə həm tarixə, həm hüquqa və həm də ədalətə əsaslanır.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda panel müzakirəsi olub

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosu birgə təlimlərə start verib

Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm

Qabiliyyət imtahanları davam edir

“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb

Danimarkanın Baş naziri: Avropada müdafiə xərclərinin son 30 ildə azaldılması böyük səhv idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Media: Dohada HƏMAS ilə İsrail danışıqları davam edir

“Samsung” şirkətinin rüblük əməliyyat mənfəəti 56 faiz azalıb

Reyçel de Souza: Britaniyada uşaqlar “Dikkensin dilənçiləri” kökündə yaşayır

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək nümayəndə heyəti ilə görüş olub

BDU-nun Biologiya fakültəsini bu il bitirən 228 məzundan 22-si dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub

Serbiyada meşə yanğınları zamanı 6 nəfər xəsarət alıb

İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib

Fərqlənmə attestatı alan məzunların sayı açıqlanıb

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Almaniya Xarici İşlər Nazirliyi: Bundesverə məxsus təyyarə Çin tərəfindən lazer hücumuna məruz qalıb

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

“Fənərbağça” üç futbolçusu ilə yeni müqavilə imzalayıb

İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

“Sabah”ın basketbolçusu Avropa çempionatında çıxış edə bilər

Anar İsgəndərov: Azərbaycan mediası ölkə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Benyamin Netanyahu Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO

AMEA əməkdaşlarının elmmetrik bazalarda indekslənən jurnallarda çap edilmiş məqalələrinin sayı artıb

“Səbail”dən ayrılan futbolçu yenidən Premyer Liqada oynayacaq

Avropa İttifaqı Ukraynanın büdcə kəsirini ödəmək niyyətindədir

DTX videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirib

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi üçün yeni laboratoriya binası tikiləcək

AMEA-da akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir

Londonda yaşayan azərbaycanlı skripkaçı: Musiqi ilə mədəniyyətimizi tanıtmaq mənim üçün missiyadır

Milli Məclisin növbəti iclasının tarixi məlum olub

Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

İspaniyalı qapıçı “Barselona”dan ayrılır

Süni torpaq sahələrində əyləncə oyunlarının təşkili və tənzimlənməsi haqqında qanunvericilik dəyişikliyi təsdiqlənib

QHT-lərə xarici maliyyə qadağası gücləndirilir

Musiqişünas: Son illər Azərbaycanda möhtəşəm musiqi festivalları keçirilir

Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

BDU ilə Çinin Hebei Normal Universiteti arasında anlaşma memorandumu imzalanıb

AI tətbiq edən ABŞ-ın texnologiya şirkətləri 94 minə yaxın iş yerini ixtisar edib

Avropa Liqası: "Sabah" iştirak ərizəsini UEFA-ya təqdim edib

“Tottenhem” Yaponiya millisinin futbolçusunu transfer edib

Media: ABŞ Avropa İttifaqına 10 faizlik tarif razılaşması təklif edib

Ordubadda “ağıllı” kənd təsərrüfatı modeli tətbiq ediləcək

Vəfa Yaqublu: Müəllimləri və müəllimliyə namizədləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq VİDEO

Vəfa Yaqublu: Müəllimləri və müəllimliyə namizədləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq VİDEO

İsveçrənin saat tacirləri Trampın tarifləri səbəbindən zərərlə üzləşiblər

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilib

Bahar Muradova: Mətbuat sahəsində əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir

Ordubadda yeni yaşayış məntəqələrinin salınması nəzərdə tutulur

“Polis haqqında” Qanuna dəyişiklik edilib: Sosial müdafiə və maddi-texniki baza gücləndirilir

Parlamentin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi təsdiqlənib

AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək

Astronomlar öz ulduzunun alovuna məruz qalan yad planeti müşahidə ediblər

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüyə aparan yanaşma yolları genişləndirilir

Normativ hüquqi aktlarla bağlı Konstitusiya Qanununa dəyişiklik edilib

Zəmilərdən 2 milyon 386 min 294 ton məhsul yığılıb - taxıl biçini davam edir

Rusiyalı tanınmış futbolçu 8 il müddətinə azadlıqdan məhrum edilə bilər

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 29 icazə verilib

Prokurorluq orqanlarında qulluq yaş həddi artırılıb

Pentaqon Kiyevə “müdafiə silahları” göndərmək planlarını təsdiqləyib

Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış

Samuxda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər edilib: Sabit tarif tətbiq olunacaq

“Keşlə” bazarında istehlaka yararsız balıq məhsulları aşkarlanıb

Paytaxtda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

MEDİA-nın İcraçı direktoru: Mediamız beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib

“İndependent Türkçe” Atatürkün Naxçıvana göstərdiyi diqqətdən yazıb

BDYPİ: Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri qaydalara qeyd-şərtsiz əməl etməlidirlər

Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır VİDEO

Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır VİDEO

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib

“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

"Aktyorluğu öyrən" layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir VİDEO

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir VİDEO

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb

Xorvatiya millisinin sabiq futbolçusu: Keçmiş komanda yoldaşım Saşa İliçə Azərbaycanda uğurlar arzulayıram

Mingəçevirdə keçmiş məcburi köçkünlər hüquqi sahədə maarifləndirilib

Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb

Akademik Mustafa Topçubaşovun 130 illiyi ilə əlaqədar Tədbirlər planı hazırlanacaq

Honkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

Rusiyada əcnəbilərə səfərbərlik dövründə orduda xidmət etməyə icazə verilib

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir VİDEO

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir VİDEO

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilir

Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik

Bakı və Xaçmazda vətəndaşlara hüquqi yardım göstərilib

Energetika nazirinin İsmayıllıda keçiriləcək vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Avropa çempionu Qətərdə klubunu dəyişib

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib