İQTİSADİYYAT
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda ötən il 1,8 milyard manatlıq məhsul istehsal edilib
Bakı, 18 yanvar, AZƏRTAC
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2017-ci il ərzində 1 milyard 832,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2016-cı illə müqayisədə bu sektordakı istehsalda 2,6 faizlik azalma müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 1,2 faiz azalaraq 294,7 milyon manat təşkil edib.