ELM VƏ TƏHSİL
Elektron-dövlət mühitində fərdi məlumatların intellektual analizi istiqamətində tədqiqatlar aparılır
Bakı, 29 yanvar (AZƏRTAC). Elektron dövlət mühitində fərdi məlumatların intellektual analizi istiqamətində tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Vüqar Musayev e-dövlət mühitində fərdi məlumatların intellektual analizi üçün metod və alqoritmlərin mövcud vəziyyətinin analiz edildiyini, bu istiqamətdə mühüm araşdırmaların aparıldığını bildirmişdir. Alim fərdi məlumatların intellektual analizində məxfiliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq araşdırmalar zamanı bir sıra tədqiqat istiqamətlərinin müəyyən edildiyini qeyd etmişdir.
Şöbə müdiri, həmçinin Koreya Respublikasının Elektronika və Telekommunikasiya Araşdırmalar İnstitutu (ETRI) ilə fərdi məlumatların analizi istiqamətində ilkin əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu da diqqətə çatdırmışdır.