Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim olunub

“Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim olunub

Bakı, 17 aprel, Nəriman Həsənov, AZƏRTAC

“Doing Business” hesabatının “Müqavilələrin həyata keçirilməsi” göstəricisi üzrə “Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat aprelin 17-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən “Doing Business” hesabatının “Müqavilələrin həyata keçirilməsi” adlı göstəricisi üzrə görülən işlərə dair mətbuat konfransında baş tutub.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov mətbuat konfransında dövlət başçısının biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün verdiyi tapşırıqların icrası ilə bağlı məhkəmələrdə yaradılan elektron imkanlar barədə geniş təqdimatla çıxış edib, sistemin canlı olaraq nümayişi keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə də iştirak edib.

İİTKM-in analitiki Nərmin Kazımlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasına dair ümumi məlumatlar verib. Yaradılan işçi qruplarla görülən işlər barədə danışıb.

Qeyd edək ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün ölkə başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər edilib. Bu dəyişikliklər sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ölkədə həyata keçirilən çoxsaylı qabaqcıl tədbirlərdən biridir. Dəyişikliklər nəticəsində iqtisadi məhkəmələrə tamamilə elektron qaydada müraciət imkanları təmin edilmiş və elektron forma ilə yanaşı, sənədlərin kağız formada tələb olunması aradan qaldırılıb. Dəyişikliklərlə, həmçinin məhkəmə rüsumunun elektron ödənilməsi və bütün tərəflərin iştirak etdiyi işlərdə məhkəmə işləri ilə elektron qaydada tanış olma, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib. Hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunması islahatlar nəticəsində əldə edilən nailiyyətlərdəndir.

Dəyişikliklər nəticəsində mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10 min manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır. Sadələşdirilən icraatda ərizə məhkəməyə daxil olduqdan sonra 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sübutlar əsasında, tərəflər məhkəməyə çağırılmadan və məhkəmə baxışı keçirilmədən məhkəmə işin həllinə dair qərar çıxarmalıdır. Dəyişikliklərə əsasən, təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi təmin edilib.

İslahatlara əsasən, “Elektron məhkəmə” informasiya sistemində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrası tam başa çatdırılıb. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yeni dəyişikliklərdə müəyyən edilən məhkəmə proseduru üzrə vaxt standartlarının (icraata qəbul etmə, hazırlıq, baxış iclaslarının təyin olunması və işin yekunlaşdırılması müddətləri) əks olunması və təxirəsalmaların sayının 3 olduğu göstərilməklə, növbəti dəfə təxirəsalmaların əsaslandırılması təmin olunub.

Hakimlərin və vəkillərin istifadəsi üçün elektron iş idarəetmə sisteminin funksionallığı (elektron müraciətin təmin olunması, bildirişlərin və məhkəmə sənədlərinin avtomatik göndərilməsi və elektron alınması, icra sənədinin elektron qaydada icra məmurlarına göndərilməsi, işlərin statusunun (mərhələsinin) elektron qaydada izlənilməsi) təmin edilib. Həmçinin iqtisadi məhkəmələrə elektron qaydada müraciət imkanlarının təmin olunması istiqamətində hakimlərin maarifləndirilməsi həyata keçirilib.

Hakimlər arasında işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və iqtisadi mübahisələr üzrə yekun məhkəmə qərarlarının elektron dərci tam təmin edilib. Kiçik iddialar üzrə sadələşdirilən elektron icraatın tətbiqi ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində dəyişikliklər edilib. İqtisadi mübahisələrə baxan hakimlərə və inzibati-iqtisadi məhkəmələrin aparat işçilərinə “Elektron məhkəmə” informasiya sisteminin istifadəsi ilə bağlı, vəkillərə elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində mütərəqqi və yeni bir mərhələyə başlandığını demək mümkündür. Fərman məhkəmələrlə bağlı neqativ halların aradan qaldırılmasını, məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını, məhkəmə qərarlarının tam və vaxtında icrasını təmin edən tədbirlər görülməsini özündə əks etdirir. Fərmandan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə (vergi, gömrük ödənişləri, məcburi dövlət sosial sığorta ödəmələri barədə mübahisələr daxil olmaqla) baxılması üçün yeni ixtisaslaşmış məhkəmənin yaradılması, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi müəyyən edilib. Dəyişikliklərə əsasən, məhkəməyə müraciətlərlə əlaqədar ödənilən dövlət rüsumlarının məbləğinə, məhkəməyə verilən iddialar üzrə yenidən diferensiallaşdırılmaqla baxılacaq bütün məhkəmə iclaslarının audio yazısı aparılacaq və məhkəmə iclası protokolu bu yazıdan irəli gələrək tərtib ediləcək. Artıq məhkəmə ekspertizalarının verilməsi üçün qeyri-müəyyən müddətə gözləməyə ehtiyac olmayacaq. Hər bir iş üzrə (mülki, inzibati, iqtisadi, inzibati xətalara dair) ekspertizanın dəqiq vaxtı müəyyən ediləcək, məhkəmə qərarlarının icrasının vaxtında və tam icrasını təmin etmək üçün "Elektron icra" sistemi qurulacaq. Eyni zamanda, məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün qərarların alternativ icra mexanizmləri, o cümlədən həmin qərarların icrasının özəl qurumlara verilməsi məsələsinə yenidən baxılaraq bu sistem beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.

Məhkəmə qərarlarının və ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, "Elektron məhkəmə" sisteminin təkmilləşdirilərək bütün qərarların asanlıqla həmin sistem vasitəsilə əldə edilməsi barədə tapşırıqlar verilib. Ümumilikdə bu Fərman Azərbaycanda vətəndaşların keyfiyyətli hüquqi yardım almasının və ədalət mühakiməsinin şəffaflığının təmin edilməsində mütərəqqi rol oynayır.

Sahibkarlarla bağlı məhkəmələrdə işlərin daha operativ və keyfiyyətlə həll olunması sahəsində tədbirlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sürücü sükan arxasında ölüb

İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Trump: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib