Elm və innovasiyanın inkişafına töhfə verə bilənlər üçün UNEC-də iş imkanı
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi-tədqiqat və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, dünya təhsilinin yeni meyarları üzrə təşəbbüslərin araşdırılması və tətbiqinə dair yeni ideyaları olan elmmetriya və rəqəmsal təhsil üzrə mütəxəssislər üçün iş imkanı yaradır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müvafiq keyfiyyətlərə malik, eyni zamanda, tələbələrlə işləməyə həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən və iqtisadiyyat ixtisası üzrə müəllim kimi çalışmaq arzusunda olanlar universitetin Zaqatala filialına dəvət edilir.
Müraciət etmək istəyənlər yanvarın 31-dək CV-lərini vakansiya adını yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]