ELM VƏ TƏHSİL
Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala üzrə yeni Çağrı Mərkəzi istifadəyə verilib
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar 146-0-11 nömrəsinə zəng etməklə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.