Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə” altqrupun hesabat iclası keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası, “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 3-cü rüb üzrə hesabat xarakterli iclası keçirilib. İclasda altqrupa üzv dövlət qurumlarının nümayəndələri, gənc alimlər, ali təhsil müəssisələrindən olan akademik heyət, şirkət və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclas zamanı altqrupun rəhbəri Fariz Cəfərov çıxış edərək “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Görüş zamanı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri Elşən Bağırzadə tərəfindən elm və ali təhsil müəssisələrində differensial əməkhaqqı sistemi, elmi nəşrlərin stimullaşdırılması məqsədilə Türkiyə təcrübəsi ilə bağlı hesabat təqdim edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova isə “Elm və təhsil müəssisələrində tələbələrin tədqiqatyönümlü bacarıqlarının və metodoloji səriştələrinin artırılması üçün tədbirlər planının hazırlanıb həyata keçirilməsi”, “Elm və ali təhsil müəssisələrində tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin formalaşdırılması üçün pilot proqramların hazırlanaraq tətbiqinin təmin olunması”, “Dissertasiya və elmi işlərin yazılması zamanı beynəlxalq səviyyədə qəbul olunan istinad sistemlərində istifadəni məcburi edən qaydaların hazırlanıb aidiyyəti üzrə təqdim olunması” mövzularında hesabat təqdimatlarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Görüş də eləcə də, Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva tərəfindən tədqiqatçıların xarici dil bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı “Virtual English Language Educator” proqramı təqdim edilib və yeni proqram haqqında ətraflı məlumat verilib. Ekvita şirkəti də Yol xəritəsi üzrə görülən işlər barədə auditoriyanı məlumatlandırıb.

Tədbirin sonunda suallar verilib, edilən təqdimatlar istiqamətində müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində təkliflər səsləndirilib və ilkin razılıq əldə olunub. Bundan əlavə, ölkə daxilində təhsil müəssisələrinin və alimlərin reytinq platformasının hazırlanması, qiymətləndirmə indikatorlarının formalaşdırılması ilə bağlı təkliflər verildi. Eyni zamanda, elm və ali təhsil müəssisələrində differensial əməkhaqqı sisteminə keçidlə bağlı işlərə başlanmasının zəruri olduğu vurğulanıb.

2023-cü il üzrə elmi nəşrlərlə bağlı altqrupun prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və növbəti ilin Yol Xəritəsinin hazırlanması ilə bağlı ən qısa zamanda təkliflərin təqdim olunmasına dair Qərar qəbul olunub.

Qeyd edək ki, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupu ötən il dekabrın 30-da yaradılıb. Altqrupda 14 qurum təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Nizami rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq