Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmin İnkişafı Fondu ilə Yaponiyanın tanınmış şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır

Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında 28 May-Respublika Gününə həsr olunmuş tədbirdə bu qurum ilə Yaponiyanın elmi-analitik cihaz, avadanlıq və qurğuları istehsal edən tanınmış “Tokyo Boeki Technology Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır.

EİF-dən AZƏRTAC-a bildirmişlər ki, sənədi fondun icraçı direktoru Elçin Babayev və “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuei Uçida imzalamışlar.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri, missiya rəhbərinin müavini xanım Hideko Ono iki ölkə arasında əməkdaşlığının bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulamışdır.

Memorandum Azərbaycan ilə Yaponiya arasında elm və texnologiyaların transferi sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır və bu münasibətin iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirəcəyini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında, Azərbaycanın və Yaponiyanın fəaliyyətdə olan qanunvericiliyinə uyğun olaraq əməkdaşlığı həvəsləndirəcəklər.

“Tokio Boeki Technology Ltd” şirkəti fondun qrant layihələri üçün mürəkkəb elmi-analitik cihazların seçimi, tətbiqi və istifadəsi üzrə məsləhət işlərini həyata keçirmək, bu layihələrin zəruri elmi-analitik cihazları vasitəsilə təchizat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi, xüsusi halda, müvafiq Yaponiya istehsalçılarından tələb olunan elmi-analitik cihazların fondun qrant layihələrinə çatdırılması üçün EİF ilə müqavilələrin bağlanmasını təmin edəcəkdir.

Bu qurum, həmçinin fondun maliyyələşdirdiyi tədqiqat qrantları üçün nəzərdə tutulmuş elmi-analitik cihazlar EİF tərəfindən alındıqda uyğun formallıqların hazırlanmasına, fondun qrant layihələrinin elmi-analitik cihazlarla təchizatının təmin edilməsi üçün Yaponiya maliyyə vasitəçi təşkilatlarının vəsaitlərinin cəlb edilməsinə kömək göstərəcəkdir.

“Tokio Boeki Technology Ltd” şirkəti elmi iclasların, konfransların, simpoziumların, görüşlərin, elm festivallarının və sərgilərin təşkili ilə əlaqədar tərəflər arasında müştərək layihələr təklif etmək və onların reallaşdırılmasında iştirak, Azərbaycanın elm sahəsində uğurlarının Yaponiyanın dövlət təşkilatları və özəl müəssisələri arasında təşviqini aparmaq kimi öhdəlikləri də öz üzərinə götürür.

Razılığa əsasən, tərəflər birgə layihələr və qrant müsabiqələri həyata keçirə bilərlər.

İyirmi iki şirkəti özündə birləşdirən beynəlxalq “Tokyo Boeki Group” Holdinqin üzvü olan “Tokyo Boeki Technology Ltd” şirkəti “JEOL”, “Nikon”, “Rigaku”, “Ulvac”, “Katsuragawa Electric”, “Yamato Scientific” kimi tanınmış markalarla işləyir.

“Tokyo Boeki Group” 1947-ci ildə “Тokyo Boeki Shokai” adı ilə altında yaradılmışdır və yüksək keyfiyyətli sənaye (energetika, maşınqayırma, metal istehsalı) və mürəkkəb elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır.

Artıq bu şirkətin iki bahalı və ultramodern elektron mikroskopu qrant layihələri çərçivəsində Elmin İnkişafı Fondu tərəfindən alınaraq AMEA-nın Geologiya İnstitutunda (skanedici elektron mikroskop) və Azərbaycan Tibb Universitetində (transmissiya (nüfuzedici) elektron mikroskopu) quraşdırılmış, tədqiqatçıların istifadəsinə verilmişdir. Həmçinin işçi heyət qrant hesabına təlimlər də keçmişdir.

Daha iki cihazın alınması ilə bağlı qurumlar arasında müvafiq müqavilələr imzalanmışdır. Həmin cihazların yaxın günlərdə AMEA-nın Fizika İnstitutuna (transmissiya (nüfuzedici) elektron mikroskopu) və Geologiya İnstitutuna (karbon ilə tozlandıran cihaz və aksesuarlar dəsti) gətiriləcəyi gözlənilir.

Elmin İnkişafı Fondu və “Tokyo Boeki Techology Ltd” şirkəti Azərbaycanda Elm Festivalının keçirilməsi, həmçinin elmi-analitik cihazların sərgisinin təşkili barədə də ilkin razılığa gəlmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər