Elmin İnkişafı Fondunun 9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə məsləhət seminarları başlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-dan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə məsləhət seminarları başlanıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və “ASAN İmza”dan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Seminarlar cədvəldə göstərilən tarixlərdə Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçirilir:
|
№ |
TARİX |
SAAT |
|
1-ci seminar |
10 yanvar |
11:00 |
|
2-ci seminar |
17 yanvar |
15:00 |
|
3-cü seminar |
24 yanvar |
11:00 |
|
4-cü seminar |
31 yanvar |
15:00 |
|
5-ci seminar |
07 fevral |
11:00 |
|
6-cı seminar |
14 fevral |
15:00 |
|
7-ci seminar |
21 fevral |
11:00 |
İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər. Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar. Nəzərə almaq lazımdır ki, iddiaçı seminarda iştirak etməməklə növbəti seminarda başqa potensial iddiaçının iştirakını məhdudlaşdırır.