Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olan layihə beynəlxalq konfransda təqdim edilib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin qalibi olan layihənin tədqiqat işinin nəticələri Türk Baytarlıq Ginekologiya Assosiasiyasının Antalya şəhərində təşkil etdiyi 9-cu milli, 3-cü beynəlxalq konfransda təqdim edilib.
Bu barədə AZƏRTAC-a Elmin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, “Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsinin rəhbəri Asəf Ömərov konfransda təqdimatla çıxış edib. Layihə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.