Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda vətəndaşları qəbul edib VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda vətəndaşları qəbul edib VİDEO

Bakı, 16 noyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı Şabran, Siyəzən, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər tibbi-sosial reabilitasiya, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələləri əhatə edib. Qəbul zamanı hər bir müraciət nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Vətəndaşlarla görüşündə nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq respublikamızın regionlarının inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Quba-Xaçmaz iqtisadi rayonunda çoxlu yeni müəssisələrin və iş yerlərinin yaranmasına səbəb olub. Görülən kompleks tədbirlər bölgədə əmək resurslarının səmərəli məşğulluq imkanlarını əhəmiyyətli şəkildə artırıb: “Bununla yanaşı, nazirlik tərəfindən bu rayonlarda aktiv məşğulluq tədbirləri davam etdirilir və cari ilin yanvar-oktyabr aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında əlavə olaraq 2015 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təminatı həyata keçirilib, 70 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 30 nəfər ödənişli ictimai işlərə cəlb olunub”.

Qəbula gələn vətəndaşların bir qisminin iş yerləri ilə təmin olunmaları üçün etdikləri müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb. Onlara təklif olunan boş iş yerləri üzrə seçdikləri, əmək bacarıqlarına uyğun gələn iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata götürülüblər. Qeyd olunub ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına həmin beş rayon üzrə 81 nəfər cəlb olunub, onlardan böyük əksəriyyətinə mal və materiallar verilib və onlar ailə təsərrüfatları qurublar. Gələn ilin əvvəlindən tətbiq olunacaq işsizlikdən sığorta sisteminin formalaşdırdığı maliyyə vəsaitlərinin mühüm bir hissəsi özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldiləcək. Nəticədə, bütün ölkədə, o cümlədən bu beş rayon üzrə özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artacaq.

Ayrı-ayrı vətəndaşların sığorta-pensiya münasibətləri ilə bağlı müraciətləri də aidiyyəti üzrə cavablandırılıb, onlara dolğun hüquqi izahatlar verilib. Nazir vurğulayıb ki, cari ildə pensiya sistemində həyata keçirilən növbəti islahat tədbiri işləyən əhalinin, o cümlədən yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə davam edənlərin layiqli pensiya təminatı imkanlarını daha da artırıb: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər yaşa görə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən pensiyaçılardan 2017-ci il noyabrın 1-nə 7,7 min nəfərinin aylıq pensiyasının orta hesabla 176 manat artmasına səbəb olub ki, bu da böyük ictimai məmnunluqla qarşılanır”.

İmtiyazlı şəxslərin mənzillə təminatı ilə əlaqədar müraciətləri cavablandırarkən nazir vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 20-də verdiyi Sərəncama əsasən görülən işlər çərçivəsində Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşadıqları ərazidə 31 ədəd fərdi yaşayış evinin tikintisi işləri aparılıb. İnşası başa çatan 23 ədəd ev artıq istifadəyə verilib, qalan evlərin tikintisi yaxın vaxtlarda başa çatan kimi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunacaq.

Vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq bərpa müalicəsi xidməti göstərilməsi üçün nazirliyin reabilitasiya müəssisələrinə qəbul olunmaları barədə tapşırıq verilib. Ehtiyacı nəzərə alınan 3 nəfərə əlil arabası təqdim edilib. Nazir bölgədə yaşayan əlilliyi olan şəxslər üçün Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini, ötən il və cari ilin on ayında həmin Mərkəzdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin bərpa müalicəsi xidməti ilə təmin edildiklərini diqqətə çatdırıb, eyni zamanda, həmin Mərkəzin yaxın vaxtlarda əsaslı təmir ediləcəyini söyləyib.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda vətəndaşları qəbul edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda zəlzələ baş verib

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq

“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

"Neftçi" İngiltərə çempionunu transfer edib

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Yeni texnologiya elektrik enerjisinin idarə olunmasında mühüm bir dövrün başlanğıcı ola bilər - TƏDQİQAT

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Çexiyanın keçmiş Baş naziri: Avropa İttifaqı intihara bərabər siyasət yürüdür

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib

“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb

USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL

Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

İngiltərədə 319 uşaq psixi sağlamlıq müalicəsi üçün 35 min 845 günü evindən uzaqda keçirib

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb VİDEO

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub

Misir XİN: Fələstinlilər Qəzzada qalmalıdırlar

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert

İrakli Kobaxidze: Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın DOST modeli barədə məqalə dərc edilib

Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Proqnoz: Sabah qar yağacaq

Türkiyədə İŞİD və PKK üzvləri saxlanılıb

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir VİDEO

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Polis Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlayıb

Qara dənizə mazut axıdılması nəticəsində 84 delfin tələf olub

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir

Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib

USAID-in fəaliyyətinin dayandırılması sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir - ŞƏRH

Xətai rayonunda əl qumbarası aşkarlanıb

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib VİDEO

Ötən gün ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının açılışı olub FOTO

Keçən il 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

Şimal bölgəsində dörd yeni məktəb binası inşa olunur

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 1116 şikayət daxil olub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb VİDEO

Hazırda ölkəmizdə 2503 vəkil fəaliyyət göstərir

Azərbaycan nümayəndə heyəti Türkiyədə yaşıl enerji sahəsində dördtərəfli əməkdaşlıq iclasında iştirak edib

Rusiya ABŞ-a ən çox gübrə ixrac edən ikinci ölkə olub

MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Dağlıq rayonlara qar yağır, bəzi ərazilərdə güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası

Hava şəraiti ilə əlaqədar sərnişin və yük qatarlarının sürət həddi endirilib

Yeni nevroloji tədqiqat qorxu reaksiyalarını idarə edən beyin bölgələrini müəyyənləşdirib

Alyaskada itmiş təyyarədə olan 10 nəfərin hamısı ölüb YENİLƏNİB

Şolts: NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır

Məşhur avtomobil istehsalçısı “Porsche” böhranla üzləşib

Tramp Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyada diabet xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyalı mütəxəssis: Egey dənizindəki seysmik aktiv bölgədə 7,5 bal gücündə zəlzələ ola bilər

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək

Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər

Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb

İtaliya sahillərində güclü zəlzələ olub

Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib

İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək

Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib

Tramp gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib

Şəkidə fərdi yaşayış evində yanğın baş verib