Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim etmişdir

Bakı, 2 aprel (AZƏRTAC). Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət olan nümayəndə heyəti iştirak edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi təqdim olunmuşdur.

Azərbaycan Respublikasının “Əlillərin hüquqları haqqında” Konvensiyaya və bu Konvensiyanın Fakültativ Protokoluna 2008-ci ilin oktyabrında qoşulduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.

Nazir Azərbaycanda əlilliyin səviyyəsinin dünya üzrə müvafiq göstəricidən 2,5 dəfədən çox aşağı olduğunu vurğulamışdır.

Bildirmişdir ki, hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün qeyd etmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir.

S.Müslümov demişdir ki, bununla belə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkədə əlilliyin artmasında mühüm rol oynamış, respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı 11 min 912 nəfər insan əlil olmuşdur. Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.

Nazir diqqətə çatdırmışdır ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, “Əlillərin hüquqları haqqında” Konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir.

S.Müslümov qeyd olunan işlərdə hökumətin əlil təşkilatları ilə sıx əməkdaşlığı, bu əməkdaşlıq şəraitində Konvensiyanın müddəalarına uyğun şəkildə hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, habelə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi barədə məlumat vermişdir.

Nazir əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırmışdır.

Bildirmişdir ki, 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılmışdır. Cari ilin mart ayında Azərbaycan Prezidentinin imzaladığı, 32 min 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmış, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilmişdir.

Əlilliyi olan şəxslərin dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman preparatları ilə təminatından söz açan S.Müslümov onların məşğulluq imkanlarının genişləndirilməsinə, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şəraitin yaradıldığına, ölkədə əlil idmanının inkişafına dair məlumatları da sessiya iştirakçılarının nəzərinə çatdırmışdır. Həmçinin, nazir Konvensiyaya uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verib, bu məsələnin daim hökumətin diqqətində dayandığını vurğulamışdır.

Sessiyada Avropalı ekspertlər “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini yüksək dəyərləndirmiş və Konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə etmişlər.

Sonra sessiya iştirakçılarının Konvensiyanın bir sıra müddəalarının icrası ilə əlaqədar sualları cavablandırılmışıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Bu gün 75-ci Berlin Beynəlxalq Film Festivalı start götürüb

Konfrans Liqasında pley-off mərhələsi 4 oyunla start götürüb

Avropa Liqası: “Fənərbağça” İstanbulda Belçika klubunu darmadağın edib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycanın fiqurlu konkisürəni Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub

Şahmat üzrə ölkə çempionatında final mərhələsinin ilk oyunları keçirilib

Robert Kennedi ABŞ-ın Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi oldu

Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyeva adına təqaüd proqramı təsis olunub

Mərmərə Qrupunun rəhbəri: COP29-un uğurlu təşkili Azərbaycanın beynəlxalq aləmdəki rolunun göstəricisi oldu

Vato Şakarişvili: Avropa İttifaqı artıq beynəlxalq siyasətin subyekti deyil

Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır

Səməd Seyidov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində ən vacib həlqələrdən birinə çevrilib

“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub

® “Birbank”ın baş icraçı direktoru: “Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!”

Dövlət Turizm Agentliyi 2024-cü il üzrə onlayn xəbər bülleteni hazırlayıb

“Bəylikdən cahan dövlətinə Osmanlılar” kitabı Türkiyədə nəşr olunub

Fermerlərin etirazı Kir Starmerin səfərini yarımçıq qoyub

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib

Ölkəmizin sosial xidmət sahəsinin nümayəndələri Türkiyə təcrübəsini öyrəniblər

“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” keçiriləcək

Rəşad Nəbiyev: Qazanılan nəticələr Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir

ADA məktəbliləri üçün Ədliyyə Nazirliyində infotur təşkil edilib

Britaniyanın maliyyə naziri iş təcrübəsini şişirtməkdə ittiham olunur

Münxendə avtomobili insanların üzərinə sürən şəxsin əfqan miqrant olduğu müəyyən edilib

Azərbaycanın mürəkkəb geosiyasi mənzərələrdə naviqasiya qabiliyyəti onu regional sabitliyin əsas aktoruna çevirir - RƏY

Azərbaycanın xarici siyasəti daxili siyasətinin davamıdır - ŞƏRH

“Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib YENİLƏNİB

ABŞ-da böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılır

İƏT mədəniyyət nazirləri Kazan şəhərini 2026-cı il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər

Azərbaycan-Çin strateji tərəfdaşlığı dinamik inkişaf edir - ŞƏRH

Prezident İlham Əliyev Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi - ŞƏRH

Çin Ukraynada sülhə nail olunması ilə bağlı ABŞ və Rusiyanın planını alqışlayıb

Miras Jienbayev: Yaşıl energetikanı inkişaf etdirmək təşəbbüsünü irəli sürən Azərbaycan enerji sahəsində regional münasibətlərə vizyonunu təqdim edir MÜSAHİBƏ

AMEA-da Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüş olub

Bəxtiyar Vahabzadəsiz 16 il - Böyük şairin ev muzeyindən xüsusi REPORTAJ VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranma gününü qeyd edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı iki dövlətin milli maraqlarını əks etdirir – ŞƏRH

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub

Ərəb və Aralıq dənizi dövlətləri meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaqlar

İtaliya ilə Azərbaycan arasında işgüzar forumların təşkili nəzərdən keçirilib

“Bir kəmər, bir yol” –yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər ŞƏRH

Azərbaycanın stolüstü tennisçilər Türkiyədəki yarışda finala yüksəliblər

Zimbabvedə avtobusla yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb

Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub

Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb

Arxeoloqlar Qüdsdə 9 min il yaşı olan altıbarmaqlı şaman qadının qalıqlarını tapıblar

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb YENİLƏNİB VİDEO

Ali Məhkəmə: Qanunsuz ağac kəsənlərə kömək edənlər də eyni cinayəti törətmiş hesab oluna bilər

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları medallarla təltif olunublar

Ötən ay pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan məhsulun dəyəri açıqlanıb

Bosniya və Herseqovinanın Serbska Respublikasında xarici bayraqlardan istifadə qadağan olunub

Özbəkistanlı tələbələr Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Ermənilərin Təpəbaşı məscidində içki istehlak etməsinə beynəlxalq təşkilatlar münasibət bildirməlidir  – RƏY

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan cüdoçusu Bakıdakı “Böyük Dəbilqə” turnirini buraxacaq

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir VİDEO

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir

Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

Münxendə avtomobilin mitinq iştirakçılarının üzərinə hərəkət etməsi nəticəsində azı 20 nəfər xəsarət alıb YENİLƏNİB

DYP əməkdaşları Şabranda məktəblilərlə maarifləndirici görüş keçirib

BDU-HUJI ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib

Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlanıb

Türkiyə ordusu son bir həftə ərzində Suriya və İraqda 56 terrorçunu məhv edib

İslamabadda Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında danışıqlar aparılıb

Dövlət zəmanətli borcun ÜDM-də payı açıqlanıb

Piyada məsuliyyətsizliyi növbəti dəfə faciəyə səbəb olub

Somali Prezidenti komando hərbi hissəsində olub

Ağcabədi polisi rayon sakininin avtomobilindən 10 kiloqram narkotik vasitə aşkarlayıb

Polis Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlayıb

Xarici dövlət borcunun 27 faizini avrobondlar təşkil edir

Bakıda keçirilən badminton üzrə Avropa çempionatı dünyanın diqqət mərkəzində olacaq

Teymur Rəcəbov 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcək

Ötən ay neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb

Daxili dövlət borcu ÜDM-in 14,8 faizini təşkil edib

Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur

Naxçıvanda “Azərişıq” və “AzərEnerji”nin Tədris Mərkəzinin Regional Bölməsi yaradılacaq

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub