ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri barədə müzakirələr aparılmışdır.
Natiq Əliyev nümayəndə heyətinə Azərbaycanın sənaye-energetika sektorunda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər haqqında danışmış, qonaqları maraqlandıran suallara cavab vermişdir. Müzakirələr zamanı iki ölkənin neft sənayesində əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyi də vurğulanmışdır.
Qonaqlar Küveytin regionun lider dövləti olan Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [19:28]
Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
- 23.05.2025 [18:45]
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 23.05.2025 [16:41]
Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3 faiz artıb
- 23.05.2025 [13:34]
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydaları dəyişir
- 23.05.2025 [13:26]