Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetinə ilkin qəbul planı 100 nəfər nəzərdə tutulsa da, bu say hər il artırılacaq VİDEO

Bakı, 29 fevral, AZƏRTAC
Türkiyə-Azərbaycan Universitetinin Azərbaycan tərəfindən ilk tərəfdaşı Azərbaycan Texniki Universiteti olacaq.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə mühəndislik və tibb təhsili həyata keçiriləcək: “İlk il tədris əsasən mühəndislik üzərində qurulacaq. Yaxın 1-2 il ərzində tibb təhsili nəzərdə tutulmur. Bununla bağlı Türkiyə universitetlərinin spesifik tələbləri var. Universitetə ilkin qəbul planı 100 nəfər nəzərdə tutulsa da, bu say hər il 100-200 nəfər artırılacaq”.