ƏMİRLİKLƏR AZƏRBAYCANA SƏRMAYƏ QOYULUŞU LAYİHƏLƏRİNDƏ FƏAL İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Azərbaycanın Baş naziri Artur Rasizadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri şeyxa Lübnə bint Xalid əl-Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycan hökumətinin başçısı iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafından razı qaldığını bildirərək vurğulamışdır ki, BƏƏ-dən belə mötəbər nümayəndə heyətinin səfəri iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.
Xanım Lübnə bint Xalid əl-Qasimi Bakıda apardığı uğurlu danışıqlar barədə məlumat verərək demişdir ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana sərmayə qoyuluşu layihələrində fəal iştirak etmək niyyətindədir və ölkəmizin Dünya Ticarət Təşkilatına daxil olması prosesinə hərtərəfli dəstək göstərəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]