Əmirliklərə məxsus aviaşirkət öz sərnişinlərinin iki gecə oteldə qalmasının haqqını ödəyəcək
Əbu-Dabi, 11 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Ettihad Airways” aviaşirkəti yeni irimiqyaslı aksiyaya başlayıb. Bu aksiya çərçivəsində tranzit sərnişinlər Əbu-Dabinin otellərinin birində iki gecə pulsuz qalmaq imkanı əldə edə biləcəklər.
AZƏRTAC “ArabianBusiness” nəşrinə istinadla xəbər verir ki, BƏƏ-nin paytaxtından bütün istiqamətlərə biletlərin şirkətin saytında və ya turizm agentləri vasitəsilə iyunun 15-dək bronlaşdırıldığı təqdirdə oteldə iki gecə pulsuz qalmaq hüququna sahib olmaq mümkündür. Aksiya aprelin 21-dən iyulun 15-dək olan dövrdə keçirilir. Qonaqlar 15 oteldən, o cümlədən beşulduzlu “Intercontinental Abu Dhabi” və “Dusit Thani Abu Dhabi”, həmçinin “Courtyard by Marriott WTC”, “Crowne Plaza”, “Radisson Blu” və başqa otellərdən birini seçə bilərlər.
“EtihadAviationGroup” şirkətinin kommersiya direktoru Robin Kamark bildirib ki, Əbu-Dabiyə gələnlərin sayı ildən-ilə artmaqda davam edir və bu inanılmaz kampaniya şirkətə bizim qeyri-adi evimizi dünyanın hər yerindən olan çoxsaylı ziyarətçilərə nümayiş etdirməyə şərait yaradacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]